Vüsal Qasımlı: Türk dünyasında iqtisadi inteqrasiya dərinləşir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 16 sentyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında iqtisadi inteqrasiya investisiya axınları, logistika əlaqələri, sənaye əməkdaşlığı və regional dəyər zəncirlərinin inkişafı hesabına daha da güclənir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransında səsləndirib.
Vüsal Qasımlı bildirib ki, aparılan tədqiqatlar TDT məkanında iqtisadi əməkdaşlığın əsas hərəkətverici qüvvələrinin ÜDM artımı, əhali sayı və ortaq sərhədlər olduğunu göstərir. Məsafə ticarətə mənfi təsir göstərsə də, qonşu ölkələr arasında ticarət həcmləri daha yüksəkdir.
“Ortaq sərhədlərə malik ölkələr arasında ticarət əlaqələri digər ölkələrlə müqayisədə daha yüksək səviyyədə formalaşır. Bu isə Türk dünyasında coğrafi yaxınlığın iqtisadi inteqrasiyanın mühüm amillərindən biri olduğunu təsdiqləyir”, – deyə Vüsal Qasımlı vurğulayıb.
İcraçı direktor qeyd edib ki, qraf nəzəriyyəsi və sosial şəbəkə yanaşması əsasında aparılan təhlillər Türkiyənin TDT məkanında ticarət əlaqələri baxımından mərkəzi mövqeyə malik olduğunu, Azərbaycanın isə investisiya əlaqələri üzrə liderlik etdiyini ortaya qoyur.
“İnteqrasiya investisiyalar, logistika, sənaye əməkdaşlığı və regional dəyər zəncirləri vasitəsilə irəliləyir. Dünya Bankının son qiymətləndirmələri də göstərir ki, dəyər zəncirlərinə əsaslanan inkişaf modeli ixracyönümlü və idxalı əvəzləyən yanaşmalarla müqayisədə daha effektiv nəticələr verir”, – deyə V.Qasımlı bildirib.
O əlavə edib ki, aparılan hesablamalara əsasən, Türk dövlətləri arasında istehsal və ticarət əlaqələrinin gücləndirilməsi regional multiplikativ təsirləri və iqtisadi spillover effektlərini artıraraq ümumi iqtisadi artıma əlavə töhfə verə bilər.
Müxbirlər - Pərvanə Qafarova, Elmir Səftərov
Fotoqraf - Tofiq Babayev
Operator - Şövqi Əzizov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Sentyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















