Icma.az
close
up
RU
Vüsal Şilderin qatili 13 il sonra ekstradisiya edildi

Vüsal Şilderin qatili 13 il sonra ekstradisiya edildi

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2013-cü ildə qabaqcadan cinayət əlaqəsinə girərək əlbir olduğu qrupda xarici vətəndaş olan V.Şilderin qəsdən öldürülməsinə nail olmaq üçün külli miqdarda pul vəd edərək onun qətlini sifariş etmiş və sonda qətlin icraçısı Elman İsgəndərov vasitəsilə V.Şilderin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirilərək onun qəsdən həyatdan məhrum edilməsində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Əli-zadə Xəyal Məzahir oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.

Adıçəkilən şəxsin Birləşmiş Ərəb Əmirliklərində olması ehtimalı nəzərə alınaraq, 2023-cü ildə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlər həmin dövlətə göndərilib. Aparılan mütəmadi danışıqlardan və həmin şəxs həbs edildikdən sonra onun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin dövlətimiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Əli-zadə Xəyal Məzahir oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:481
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Aprel 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri