WADA Bakıda keçirilməsi planlaşdırılan tədbiri təxirə saldı
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Ümumdünya Antidopinq Agentliyi (WADA) 18-19 mart 2026-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi planlaşdırılan WADA-nın Avropa üzrə Regional Simpoziumunun təxirə salınması barədə qərar qəbul edib.
İdman.Biz bildirir ki, simpoziumdan əvvəl Bakı şəhərində təşkil olunması nəzərdə tutulan WADA-nın İcraiyyə Komitəsinin (ExCo) iclası isə onlayn formatda keçiriləcək.
WADA açıqlamasında ev sahibləri - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) göstərdiyi qonaqpərvərlik və dəstəyini yüksək qiymətləndirərək bu qərarın asanlıqla qəbul edilmədiyini diqqətə çatdırıb. Hava nəqliyyatında mümkün fasilələr və logistika amilləri diqqətlə qiymətləndirildikdən sonra bu qərarın verilməsi zəruri hesab olunub. Simpozium iştirakçılarının və əməkdaşların təhlükəsizliyi və rifahını əsas prioritet kimi dəyərləndirən WADA bu qərarın qəbul edilməsinin qaçılmaz olduğunu vurğualyıb.
Açıqlamada tədbirin təşkilinə töhfə verən bütün tərəflərə, xüsusilə ev sahiblərinə təşəkkür ifadə olunub, hazırda simpozium üçün alternativ variantlar, o cümlədən tədbirin daha sonrakı tarixdə Bakıda keçirilməsi və ya onlayn formatda təşkili imkanlarının nəzərdən keçirildiyi vurğualnıb. Bütün variantlar diqqətlə təhlil edildikdən sonra ən qısa zamanda əlavə məlumat təqdim ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 10 Mart 2026 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















