Icma.az
close
up
RU
WhatsApp ın yeni xüsusiyyəti məxfiliyə zərər verir

WhatsApp ın yeni xüsusiyyəti məxfiliyə zərər verir

Icma.az bildirir, Lent az portalına istinadən.

WhatsApp istifadəçilərə telefon nömrəsini paylaşmadan ünsiyyət qurmağa imkan verən yeni istifadəçi adı funksiyasını təqdim edib. Lakin kibertəhlükəsizlik üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, istifadəçi adının düzgün seçilməməsi məxfiliyinizə ciddi risk yarada bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir çox istifadəçi Votsapda da İnstaqram və ya Feysbukda istifadə etdiyi eyni istifadəçi adından yararlanmaq istəyəcək.

Mütəxəssislərin fikrincə, məhz bu addım şəxsi məlumatların qorunması baxımından təhlükəli ola bilər.

Əgər WhatsApp hesabınızı Metanın Hesablar Mərkəzi ilə əlaqələndirsəniz və digər Meta platformalarında istifadə etdiyiniz eyni istifadəçi adını seçsəniz, digər şəxslər və ya kiberdələduzlar müxtəlif platformalardakı profillərinizi daha asan əlaqələndirə bilərlər. Bu isə rəqəmsal fəaliyyətinizin izlənilməsini və şəxsi məlumatlarınızın müəyyən edilməsini asanlaşdıra bilər.

Eyni istifadəçi adından istifadə etməyin

Ekspertlər Vatsap üçün İnstaqram və ya Feysbuk hesablarınızda istifadə etdiyiniz eyni istifadəçi adını seçməməyi tövsiyə edirlər. Onların sözlərinə görə, ən təhlükəsiz seçim digər sosial şəbəkələrdə istifadə olunmayan, yalnız WhatsApp üçün yaradılmış unikal istifadəçi adıdır.

Bundan əlavə, istifadəçi adında ad, soyad, doğum tarixi və ya asanlıqla təxmin edilə bilən digər şəxsi məlumatlardan istifadə etmək də məsləhət görülmür. İstifadəçi adı nə qədər fərqli və anonim olsa, spam, dələduzluq və saxta profil yaratmaq cəhdləri ilə qarşılaşmaq ehtimalı bir o qədər azalır.

Yeni funksiya nə üstünlük verir?

Yeni istifadəçi adı funksiyası istifadəçilərə telefon nömrəsini paylaşmadan tanımadıqları insanlarla yazışmağa imkan verəcək. İlk əlaqə zamanı qarşı tərəfə telefon nömrəsi deyil, yalnız istifadəçi adı görünəcək.

Mütəxəssislər hesab edirlər ki, bu funksiya məxfiliyin qorunması istiqamətində mühüm addımdır. Lakin onun nə dərəcədə təhlükəsiz olacağı istifadəçinin seçdiyi istifadəçi adından da asılıdır.

WhatsApp-da istifadəçi adını necə rezerv etmək olar?

Meta yaxın aylarda funksiyanı bütün istifadəçilər üçün tam istifadəyə verəcək. Hazırda isə unikal istifadəçi adını rezerv etmək mümkündür.

Bunun üçün Vatsap tətbiqini son versiyaya qədər yeniləyin, parametrlər bölməsinə daxil olun, hesab bölməsini seçimini açın, istifadəçi adıbölməsindən öz unikal adınızı seçin.

Funksiya aktiv olduqdan sonra yeni söhbətlərə başlamaq üçün əsas identifikator kimi məhz istifadəçi adı istifadə olunacaq və telefon nömrəsi ilk əlaqə zamanı göstərilməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 İyul 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri