Icma.az
close
up
RU
İlin mediası Tech Xəbər seçildi

İlin mediası Tech Xəbər seçildi

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

NETTY Milli İnternet Mükafatı 2025 çərçivəsində Media, Mədəniyyət və Kreativ kontent nominasiyası üzrə "İlin mediası" adına "Tech Xəbər" (techxeber.az) layiq görülüb.

Mükafatın təqdimat mərasimi 18 dekabr 2025-ci ildə Azərbaycan İnnovasiya Mərkəzində keçirilən rəsmi NETTY mükafatlandırma tədbiri zamanı baş tutub. Tədbirdə ölkənin aparıcı media qurumlarının nümayəndələri, texnologiya şirkətləri, kreativ sənaye təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

NETTY - Milli İnternet Mükafatı Azərbaycanda rəqəmsal ekosistemin inkişafına töhfə verən, internet, media, texnologiya və kreativ sahələrdə fərqlənən layihələri qiymətləndirən ölkənin ən nüfuzlu milli mükafat platformalarından biridir. Mükafat hər il innovativ yanaşma, keyfiyyətli kontent və ictimai təsir meyarları əsasında ən güclü internet layihələrini müəyyən edir.

"TechXəbər" (techxeber.az) texnologiya, süni intellekt, startaplar, innovasiyalar, elm və kosmos mövzularında operativ, analitik və çoxformatlı - mətn, audio və video - kontent təqdim edən ixtisaslaşmış media platformasıdır. Portal həm yerli, həm də beynəlxalq texnoloji gündəmi Azərbaycan oxucusuna yüksək keyfiyyətlə çatdırmaqla yanaşı, media sahəsində avtomatlaşdırma və süni intellekt texnologiyalarının tətbiqi vasitəsilə ölkədə yeni media modelinin formalaşmasına töhfə verir. "Tech Xəbər Innovation Media Services" mətbuat agentliyinin tərkib hissəsidir.

"Innovation Media Services" MMC ("InnMedia") süni intellekt əsaslı media avtomatlaşdırma həllərinin hazırlanması və tətbiqi ilə məşğul olan texnologiya şirkətidir.

"InnMedia"nın həmtəsisçisi və rəhbəri Kuseba Teymur mükafatlandırma mərasimində çıxışı zamanı bildirib:

"Tech Xəbər" Azərbaycanda süni intellekt əsasında yaradılmış və rəsmi akkreditasiyasından keçmiş ilk və yeganə media subyekti kimi fəaliyyət göstərir. Bu mükafat təkcə "Tech Xəbər"in uğuru deyil, eyni zamanda, Azərbaycanda süni intellektin media sahəsində əldə etdiyi ilk rəsmi milli tanınma kimi qiymətləndirilməlidir. Qeyd etmək istərdim ki, "Tech Xəbər" Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş "2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"na uyğun olaraq hazırlanmış, media sahəsinin avtomatlaşdırılması üçün ilk yerli süni intellekt əsaslı proqram kompleksidir."

Sonda "InnMedia" nümayəndələri bildiriblər ki, 2026-cı il üçün süni intellekt və robototexnika sahəsində ölkədə ilk milli mükafatın (AI award) təsis edilməsi artıq planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:480
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Dekabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri