Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

WSJ: ABŞ da təxminən 120 min ukraynalı deportasiya riski altındadır

WSJ: ABŞ da təxminən 120 min ukraynalı deportasiya riski altındadır

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Cümə günündən etibarən, "Uniting for Ukraine” proqramı çərçivəsində ABŞ-a gəlmiş təxminən 120 min ukraynalı tədricən müvəqqəti statusunu itirməyə başlayacaq. Əgər Donald Tramp administrasiyası müdafiənin müddətini uzatmasa, bu, onların həbs və deportasiyasına səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal”  yazıb.

Son iki il ərzində müharibədən qaçaraq ABŞ-a gəlmiş təxminən 120 min ukraynalı tədricən humanitar müdafiəsini itirməyə başlayacaq. Sözügedən şəxslər "Uniting for Ukraine” proqramı çərçivəsində ölkəyə daxil olublar. Bu, Co Bayden administrasiyası tərəfindən yaradılmış müvəqqəti hüquqi mexanizmdir.

Onlar iki illik, yenilənə bilən status — humanitar giriş imtiyazı alıblar, şərt olaraq ABŞ-dan onları qəbul etməyə hazır xüsusi sponsor tapmalı idilər.

Bayden administrasiyası proqramı ukraynalıların tez bir zamanda köç etməsini təmin etmək üçün tətbiq edib, çünki ABŞ-da ənənəvi qaçqın statusu sistemi illər ala bilər.

Lakin bu yanaşmanın mənfi tərəfi də var – proqram iştirakçıları yalnız müvəqqəti status alıblar və onun müddəti bitdikdə həssas vəziyyətə düşəcəklər. Həmçinin, hökumət onları həbs etmək istəsə, artıq ev ünvanlarını bilir.

Donald Tramp vəzifəyə gəldikdən sonra proqramı bağlayıb və iş icazəsi bitən şəxslərin statusunu uzatmaqdan imtina edib.

"Uniting for Ukraine” proqramı çərçivəsində ABŞ-a gəlmiş ukraynalıların sayı təxminən 250 minə çatır.

16 avqust 2023-cü ilədək gəlmiş şəxslər hələ də başqa bir proqram – müvəqqəti qorunan status altında müdafiədədirlər. Lakin həmin tarixdən sonra gəlmiş təxminən 120 min ukraynalı humanitar giriş imtiyazının müddəti bitən kimi ölkədə qeyri-qanuni vəziyyətə düşəcək.

Qeyd: Bu yay Tramp jurnalistlərə bildirib ki, ukraynalıların müharibə bitənədək ABŞ-da qalmasına icazə verməyə meyillidir.

"Bizdə Ukraynadan gəlmiş çox sayda insan var və biz onlarla işləyirik”, – deyə o bildirib.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Avqust 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see287

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see277

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see273

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see271

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see270

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see262

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see252

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see248

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see232

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see222

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see220

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see212

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see208

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see208

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see205

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see204

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see202

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see198

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see192

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri