Icma.az
close
up
RU
WSJ: “Çin və Rusiya ABŞ ni təhdid edir”

WSJ: “Çin və Rusiya ABŞ ni təhdid edir”

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” qəzetində dərc olunan materialda belə iddia irəli sürülür.
“Əvvəllər nisbətən kiçik nüvə arsenalına malik olan Pekin hazırda öz imkanlarını fəal şəkildə genişləndirir və 2030-cu illərin ortalarında onun ABŞ ilə paritetə çatacağı planlaşdırılır. Eyni zamanda, Rusiya Amerika şəhərlərini məhv etmək üçün nəzərdə tutulmuş yeni nəsil nüvə sistemləri hazırlayır”, - məqalədə deyilir.
Nəşr xatırladır ki, 2026-cı ilin fevralında başa çatacaq Strateji Hücum Silahları-3 (SHS-3) müqaviləsi çərçivəsində öz üzərlərinə məhdudiyyətlər barədə öhdəlik götürən Moskva və Vaşinqtondan fərqli olaraq, nüvə silahlarına nəzarət sistemində iştirak etməyən Çin nüvə arsenalını sürətlə genişləndirir.
Tramp: “ABŞ dünyanı 150 dəfə partlada bilər” Amerikalı ekspertlərin hesablamalarına görə, ABŞ-də olan 5117 nüvə başlığından 3700-ü istismardan çıxarılıb. Rusiyada 5459, Çində isə 600-ə yaxın nüvə başlığı var.
Eyni zamanda “nüvə klubu” nun fəal üzvü olan Şimali Koreya təxminən 50 döyüş başlığına malikdir və ABŞ-yə zərbə endirmək üçün raket və sualtı qayıqlar hazırlayır.
“WSJ” qeyd edir ki, Amerikanın nüvə silahlarının modernləşdirilməsi proqramı Rusiya, Çin və Şimali Koreyadan gələn təhdidlərin artmayacağına dair fərziyyəyə əsaslanırdı, lakin bu gözləntilərin yanlış olduğu aydınlaşdı.
- Biz daha çox soyuq müharibəyə bənzəyən üçüncü nüvə dövrünə qədəm qoyuruq”, - Pentaqonun keçmiş əməkdaşı Metyu Kreniq vurğulayıb.
Hələlik silahlara nəzarət danışıqlarına hazır olmayan Çin səylərini bu müstəvidə ABŞ və Rusiyaya çatmağa yönəldir.
“Pekinin məqsədi o qədər böyük arsenal qurmaqdır ki, ABŞ-nin bu ölkəyə qarşı nüvə silahından istifadə etməyə heç vaxt cəsarəti çatmasın”, - bəzi çinli hərbi ekspertlərin açıq şəkildə verdikləri bəyanatlardan qəzet sitat gətirir.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see369

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see235

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see232

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see201

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see199

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see198

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see194

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see183

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see182

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see178

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see176

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see172

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see165

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see163

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see163

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see160

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see155

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see155

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri