Icma.az
close
up
RU
WSJ Trampın Ukrayna üçün sülh planı nın necə yazıldığını açdı: Rusiyanın dostu...

WSJ Trampın Ukrayna üçün sülh planı nın necə yazıldığını açdı: Rusiyanın dostu...

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

ABŞ oktyabr ayında Ukrayna üzrə "sülh planı” hazırlamağa başlayıb. Bu, Prezident Donald Trampın Milli Təhlükəsizlik komandasına Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün plan hazırlamaq əmri verdikdən sonra baş verib. Planın hazırlanması prosesi İsrail və HƏMAS arasında əldə olunmuş razılaşma nümunəsi əsasında həyata keçirilib. 

Qaynarinfo xəbər verir ki, "The Wall Street Journal” nəşri planın necə yaradıldığını və son sənədə ən çox kimlərin təsir etdiyini https://www.wsj.com/world/russia-ukraine-us-peace-plan-kremlin-f144d498 açıqlayıb.

İşin başlanğıcı

Nəşrin mənbələrinə görə, planın ilk layihəsi Stiv Vitkoff və Jared Kuşner tərəfindən Yaxın Şərqdən geri uçarkən yazılmağa başlanıb. Onlar bu sənəd üzərində bir ay boyunca işləyiblər.

Mənbələr bildirir ki, Vitkoff və Kuşner Kremlin daxilindən əldə etdikləri məlumatlara əsaslanıblar. Həmçinin yüksək vəzifəli bir ukraynalı məmur Prezident Volodimir Zelenski ilə ən azı iki telefon danışığı təşkil edib. Planın hazırlanmasına Kremlin xüsusi nümayəndəsi Kiril Dmitriyev də əhəmiyyətli töhfə verib; o, Kuşnerlə uzunmüddətli əlaqələrə malikdir:

"ABŞ nümayəndələri sənədi Halloweendən əvvəlki həftəsonu Mayamiyə gətirdilər və Dmitriyev ilə üç gün intensiv müzakirələr apardılar. Mənbələrin sözlərinə görə, üç tərəfin də planın necə görünməli olduğu ilə bağlı oxşar baxışları var idi, lakin Dmitriyevin daha çox konkret fikirləri mövcud idi”.

Məqalədə bildirilir ki, Vitkoff amerikalı və xarici rəsmilərlə danışaraq kəşfiyyat qiymətləndirmələrini araşdırdıqdan sonra Ukraynanın hərbi baxımdan daha zəif vəziyyətdə olduğunu və müharibənin dayandırılması üçün Kreml ilə sülh sazişi imzalanacağı təqdirdə Moskva ilə müqayisədə daha çox güzəştlərə getməli olduğunu müəyyən edib. Dmitriyev isə Ukraynanın heç vaxt NATO-ya qoşula bilməyəcəyini və Donbas və Rusiyanın iddia etdiyi digər ərazilərdən tam çıxmalı olduğunu bildirib. Dmitriyev ABŞ və Rusiyanın süni intellekt, enerji və digər sahələrdə iqtisadi razılaşmalar imzalamasını da təklif edib.

Ukraynanın iştirakı

Mənbələr bildirir ki, Vitkoff və Kuşner Ukrayna Prezidentinin milli təhlükəsizlik müşaviri Rustem Umerovu Mayamiyə dəvət edib və ona planı təqdim ediblər. Umerov onlara açıq şəkildə deyib ki, plan Ukrayna üçün yox, Rusiya üçün daha faydalıdır. O, Zelenski ilə telefonla əlaqə saxlamağı tövsiyə edib.

16 noyabrda Kuşner və Vitkoff Ukrayna Prezidentini planla tanış ediblər. Zelenski onlara və Trampa sülh sazişi üçün göstərdikləri səylərə görə təşəkkür edib. O, öz fikirlərini çatdırmaq və plan üzərində işləmək niyyətində olduğunu bildirib. Həmin həftəsonu Zelenski Umerov və Vitkoff ilə ikinci telefon danışığını həyata keçirib.

"Mənbələrin sözlərinə görə, planın əksər müddəaları Rusiya və Ukrayna nümayəndələri ilə məsləhətləşmədən əvvəl Vitkoff və Kuşner tərəfindən yazılıb”.

Planın açıqlanması

ABŞ Dövlət katibi Marko Rubio planın bir nüsxəsini 18 noyabrda Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Vaşinqtonu ziyarət edərkən Ağ Evdə alıb. Rəsmilərə görə, Rubio Vitkoff-Kuşner təşəbbüsü barədə məlumatlı idi, lakin onların hazırladığı bütün sənədin məzmununu bilmirdi.

Planın detalları açıqlanandan sonra Ağ Ev bir tərəfli şərtlər səbəbindən gözlənilməz böhranla üzləşib. Rubio qəzəbli Avropa məmurları və qanunvericilərin zənglərinə cavab verməli olub.

Qanunvericilər jurnalistlərə deyiblər ki, Rubio onlara ilkin layihəyə bir rusun təsir etdiyini bildirib, Dmitriyevin adını açıqlamayıb. O, həmçinin planın Ukrayna nümayəndələri tərəfindən verilmiş elementləri əhatə etdiyini qeyd edib. Lakin sonradan Rubio bu iddianı təkzib edib:

"Sülh təklifinin müəllifi ABŞ-dır, – deyə o bildirib. - O, rus tərəfinin təkliflərinə, lakin həmçinin Ukraynanın əvvəlki və indiki təkliflərinə əsaslanır”.

Rubio, Vitkoff və Kuşner tələsik şəkildə Cenevrədə Ukrayna və Avropa rəsmiləri ilə görüş təşkil edərək planın dəyişikliklərini razılaşdırıblar ki, Kiyev üçün daha qəbulolunan olsun. Bu dəyişikliklərə Ukrayna Silahlı Qüvvələrinin maksimal sayının artırılması və NATO üzvlüyünü qadağan edən müddəaların çıxarılması daxildir. Onlar son sülh planının Ukraynanın əsas məqsədlərini təmin edəcəyinə söz veriblər.

"The Telegraph” yazıb ki, Tramp və Zelenski sülh planı üzrə həlledici danışıqlara hazırlaşır. Jurnalistlər bildirirlər ki, birbaşa danışıqlar artıq bu həftə başlaya bilər və təsdiqlənməmiş məlumatlara görə, Zelenski Vaşinqtonu ziyarət edə bilər.

Eyni zamanda KİV xəbər verir ki, ABŞ Ordusu katibi Dan Driskoll bazar ertəsi günü Əbu-Dabiyə gəlib və Ukrayna və Rusiya nümayəndələri ilə danışıqlar aparıb.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri