Icma.az
close
up
RU
WUF13 Azərbaycanın dünya səviyyəli tədbirlərə ev sahibliyi gücünün simvoluna çevrilib ŞƏRH

WUF13 Azərbaycanın dünya səviyyəli tədbirlərə ev sahibliyi gücünün simvoluna çevrilib ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 may, AZƏRTAC

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökuməti tərəfindən birgə təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) urbanizasiya və şəhərlərin gələcəyinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq konfranslarından biri sayılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

"Forum dünya miqyasında kəskin şəkil almış mənzil böhranını ön plana çəkir — hazırda dünyada təqribən 3 milyard insan qeyri-kafi yaşayış şəraitinə malikdir. 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır ki, bu da sürətli urbanizasiyanın eyni zamanda böyük imkanlar, həm də mürəkkəb problemlər yaratdığını göstərir. Açılış günü keçirilən Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşü Azərbaycanın sədrliyi ilə WUF13 proqramının yeni bir təşəbbüsü kimi həyata keçirildi. 100-dən çox ölkənin nümayəndələri gündəliyin icrasında əldə edilən nailiyyətləri nəzərdən keçirib, mövcud problemləri müzakirə edib və növbəti mərhələnin prioritetlərini müəyyənləşdirib.

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin rəsmi tanınması kimi dəyərləndirilir. UN-Habitat ilə birgə "Bakı Şəhər Mükafatı" adlı yeni beynəlxalq təşəbbüsün tətbiqi planlaşdırılır ki, bu mükafat dayanıqlı şəhər inkişafı, xüsusilə mənzil sahəsindəki fərqli uğurları təltif edəcək. Bundan əlavə, WUF13 üçün hazırlanan "Bakı standartları" əsasında gələcək forumları keçirəcək ölkələr üçün ətraflı əməliyyat bələdçisinin hazırlanması nəzərdə tutulur. Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və şəhərsalma modeli, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları, həmçinin bu regionların yaşıl enerji zonasına çevrilməsi istiqamətindəki işlər müasir urbanizasiya və ekoloji bərpanın qabaqcıl nümunəsi kimi dünya ictimaiyyətinə təqdim edilir. 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi isə bu istiqamətin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bir daha təsdiqləyir",- deyə T. İsmayılov vurğulayıb.

Politoloq əlavə edib ki, WUF13 Bakı üçün, sadəcə, bir beynəlxalq hadisənin ünvanı olmaqdan çox-çox artıqdır.

Bu platforma Azərbaycanın xarabalıqdan müasir şəhərlər qurmaq, yaşıl urbanizasiya prinsiplərini tətbiq etmək və dünyasəviyyəli tədbirlərə ev sahibliyi etmək gücünü bütün dünyaya nümayiş etdirən simvola çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see391

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see332

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see328

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see299

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see299

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see283

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see280

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see272

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see264

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see263

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see260

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see250

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see247

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see242

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see237

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see237

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see222

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see220
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri