Icma.az
close
up
RU
“Gəncə mötəbər tədbirlərə ev sahibliyi edən mərkəzə çevrilib” Deputat

“Gəncə mötəbər tədbirlərə ev sahibliyi edən mərkəzə çevrilib” Deputat

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan beynəlxalq tədbirlərə uzun illərdir uğurla ev sahibliyi edir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev III MDB Oyunlarından danışarkən deyib. 

O bildirib ki, Azərbaycan idmançıları ən mötəbər yarışlarda bayrağımızı yüksəklərə qaldıraraq ölkəmizin idman ölkəsi olduğunu sübuta yetiriblər:

"MDB məkanında da Azərbaycan idmançılarının böyük nüfuzu var. Bununla yanaşı, Gəncə şəhəri MDB-nin idman paytaxtı seçilib. Qeyd edim ki, Gəncə 2012-ci ildə "Azərbaycanın Gənclər paytaxtı”, 2016-cı ildə "Avropa Gənclər paytaxtı”, 2019-cu ildə isə "Avropanın idman paytaxtı” seçilib. Bir sözlə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin bu cür beynəlxalq statuslar qazanması əbəs yerə deyil. MDB oyunlarının Gəncə mərkəz olmaqla əlavə 7 rayon və şəhərdə keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu, paytaxtdan kənarda təşkil olunan ilk böyük beynəlxalq tədbirdir. Həm də Azərbaycanın regionlarında idman infrastrukturunun yüksək səviyyədə olmasının göstəricisidir”.

Deputat vurğulayıb ki, regionlarda bu cür mötəbər yarışların keçirilməsi həmin ərazilərin turizm potensialının artmasına xidmət edir:

"Dünən Gəncədə MDB oyunlarının açılış mərasimi baş tutdu. Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva da bu mərasimdə iştirak etdilər. Biz fəxr edirik ki, açılış zamanı Azərbaycan mədəniyyəti və dövlətçilik tarixi ən yüksək səviyyədə nümayiş etdirildi. Xüsusilə də 44 günlük Vətən müharibəsindəki Zəfərimizi və "Dəmir yumruq” rəmzini əks etdirən səhnələr tamaşaçılarda böyük təəssürat yaratdı. Mərasimin sonunda isə Gəncədən sülh rəmzi olan göyərçinlərin havaya buraxılması ilə dünyaya sülh mesajı verildi”.

Parlamentari qeyd edib ki, MDB oyunlarının Gəncədə keçirilməsi həm də şəhərin inkişafı üçün böyük imkanlar yaratdı:

"Bu çərçivədə Gəncə stadionu istifadəyə verildi, yol infrastrukturu və ictimai nəqliyyat yeniləndi, böyük avtobus qarajı tikildi. Şəhərin dəmir yolu vağzalı əsaslı şəkildə yeniləndi, qatar reyslərinin sayı artırıldı, beynəlxalq havalimanının fəaliyyəti gücləndirildi. Bir sözlə, qərb bölgəsinin mərkəzi şəhəri olan Gəncə günü-gündən inkişaf edir. Dövlətimizin, xüsusilə də Prezident İlham Əliyevin şəhərə göstərdiyi diqqət və qayğı nəticəsində Gəncə bu gün mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən mərkəzə çevrilib. İnanırıq ki, gələcəkdə də bu təcrübə nəzərə alınaraq Gəncə və Azərbaycanın digər bölgələrində böyük idman və beynəlxalq tədbirlər keçiriləcək”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri