Icma.az
close
up
RU
“Ekspertlər bu forumun nüfuzlu beynəlxalq platformaya çevrildiyini vurğulayır”

“Ekspertlər bu forumun nüfuzlu beynəlxalq platformaya çevrildiyini vurğulayır”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“İyulun 13-14-də Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu keçirilir. Tədbirdə dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Eyni zamanda, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunur, həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də tədbirə qatılıb. 2022-ci ildən başlayan bu təşəbbüs 2023-cü ildə "4-cü Sənaye İnqilabı dövründə Yeni Media", 2024-cü ildə "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə", 2025-ci ildə isə "Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi" mövzularına həsr olunmuşdu. İndiyədək keçirilmiş dörd forum ərzində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxs Şuşada bir araya gəlib”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

N.Həmzəyev qeyd edib ki, ekspertlər forumun artıq nüfuzlu beynəlxalq platformaya çevrildiyini vurğulayır: “Forum çərçivəsində media sahəsindəki yeni tendensiyalar gündəmə gətirilir, qlobal böhranların yaratdığı çağırışlar müzakirə olunur və mövcud problemlərin həlli yolları axtarılır. Dünyanın müxtəlif bölgələrində davam edən müharibələr fonunda beynəlxalq sülhün təşviqində medianın rolunun müzakirəsi xüsusilə vacibdir. Şuşanın seçilməsi isə simvolikdir. Bu, şəhərin təkcə mədəniyyət mərkəzi deyil, həm də informasiya diplomatiyasının yeni mərkəzinə çevrildiyini göstərir. Belə tədbirlərin məhz azad olunmuş Qarabağda keçirilməsi qonaqlara regionun bərpa prosesini bilavasitə görmək imkanı yaradır”.

Deputat Prezident İlham Əliyevin forumun açılış mərasimində iştirak etdiyini deyərək əlavə edib ki, dövlət başçısı tədbirin məqsədindən danışaraq bildirib ki, ideya dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməsi, Qarabağ və Şuşa ilə tanış olması üçün münasib mühit yaratmaqdan ibarətdir: “Çıxışında müsəlman dünyasındakı vəziyyətə də toxunan Prezident qeyd edib ki, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcək və bu, mürəkkəb dövrdə böyük məsuliyyətdir. O əlavə edib ki, Azərbaycan həmişə müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub, lakin hazırda müsəlman dünyasında kifayət qədər həmrəylik müşahidə olunmur, əksinə, gərginlik və qarşılıqlı ittihamlar artır. Regionda vasitəçilik roluna toxunan dövlət başçısı vurğulayıb ki, Azərbaycan müxtəlif dövrlərdə və tərəflər arasında konstruktiv vasitəçi kimi çıxış edib, mövqeyi həmişə gərginliyin azaldılmasına yönəlib. O həmçinin Qoşulmama Hərəkatına sədrliyi zamanı bu imkanların nümayiş etdirildiyini xatırladıb. Əvvəlki (III) forumda da Prezidentin iştirakı və açıq sual-cavab formatı tədbirin siyasi çəkisini artırmışdı — həmin forumda Şuşa "informasiya diplomatiyasının yeni mərkəzi" kimi təqdim edilmişdi. Bu il də oxşar tendensiya davam edir: Şuşa Qlobal Media Forumu təkcə media müzakirələri üçün deyil, həm də Azərbaycanın regional sülh təşəbbüsləri, Qarabağın bərpası və beynəlxalq media ilə dialoqu nümayiş etdirmək üçün mühüm platformaya çevrilib”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 İyul 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri