WUF13 də fəlakətlərdən sonra bərpa sənədi təqdim edilib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyada milyonlarla insan səbəbkarı olmadıqları fəlakətlərin dağıntıları içində yaşayır və mövcud bərpa mexanizmləri artıq qlobal çağırışlara cavab vermir.
APA xəbər verir ki, bunu Beynəlxalq Landşaft Memarları Federasiyasının (IFLA) nümayəndəsi Ketrin Mur WUF13 çərçivəsində keçirilən tədbirdə deyib.
O, “Fəlakətlərdən Sonra Transformativ Bərpa üçün Çərçivə” adlı yeni qlobal təşəbbüsü təqdim edib.
Qeyd olunub ki, yeni çərçivə yalnız növbəti siyasət sənədi yox, fəlakətdən sonrakı bərpa anlayışının yenidən düşünülməsinə çağırışdır. Sənəd təhlükəsiz və dayanıqlı yaşayış məskənlərinin yaradılması, əlçatan mənzil təminatı, sosial bərabərlik və icmaların qərarvermə prosesində iştirakını əsas prioritet kimi müəyyən edir.
Sənəddə xüsusilə qadınlar, yaşlılar, əlilliyi olan şəxslər, qeyri-rəsmi yaşayış məntəqələrinin sakinləri və məcburi köçkünlərin bərpa proseslərindən kənarda qalmaması vacib prioritet kimi göstərilir.
Çıxış zamanı vurğulanıb ki, təkrarlanan fəlakətlər artıq qlobal mənzil böhranının ayrılmaz hissəsinə çevrilib. Bir çox ölkələrdə dağılan mənzillərin sayı təhlükəsiz və əlçatan yaşayış sahələrinin tikinti tempini üstələyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 May 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















