Xabi Alonsonun yerinə namizədlər kimlərdir?
Icma.az, Qol.az saytına istinadən bildirir.
"Bayer" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən baş məşqçi Xabi Alonsonu əvəzləyə biləcək mütəxəssislərlə danışıq aparır.
QOL.az "Bild"ə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisinin idman direktoru Simon Rolfesin geniş siyahısı var.
Bu siyahının başında isə "Ajaks"ın çalışdırıcısı Françesko Fariolinin olduğu bildirirlir. 36 yaşlı məşqçinin ötən ildən işlədiyi "Ayaks" hazırda Niderland çempionatında liderdir. Onun Amsterdam klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
"Kicker"in məlumatına görə isə "Bayer"in baş məşqçisi vəzifəsinə namizədlərdən biri də Erik Tenh Haqdır. "Ayaks"dakı uğurlu nəticələri ilə tanınan mütəxəssis "Mançester Yunayted"də bunları təkrarlaya bilməyib və ötən ilin oktyabrında istefaya göndərilib.
Xatırladaq ki, Xabi Alonsonun mövsümün sonunda "Real"dan ayrılacağı gözlənilən Karlo Ançelottini əvəzləyəcəyi ilə bağlı xəbərlər yayılmaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 30 Aprel 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















