Icma.az
close
up
RU
Xadimə, dayə, bərbər, aşıqların ödənişi artır: NİYƏ?

Xadimə, dayə, bərbər, aşıqların ödənişi artır: NİYƏ?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycanda bir sıra şəxslər üçün məcburi dövlət sosial sığorta haqqı artırılır. 

Bu barədə məlumat “Sosial sığorta haqqında” Qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Hazırda toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növlərində, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində çalışanlar minimum aylıq əməkhaqqının 5 faizi miqdarında dövlət sosial sığorta haqqı ödəyirsə, 2026-cı ilin yanvarın 1-dən bu məbləğ 8 faiz olacaq. 

Yanvarın 1-dən çəkməçi, pinəçi, bərbər, dərzi fəaliyyəti, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən (ofisiant), fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 5 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcək. Hazırda bu məbləğ 3 faiz təşkil edir. 

Qeyd edək ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 

5 hektaradək olduqda – 2 faiz miqdarında; 
5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında; 
10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında. 
Layihəyə əsasən, bu ödənişlər yanvarın 1-dən müvafiq olaraq 5, 7.5, 12.5 faiz olacaq. 

Maraqlıdır, bu sahədə çalışanlar indiyədək DSMF ödəyirdimi və bu artım onlara necə təsir edəcək? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, hər sahədə vergi və ödənişlər artırılır: 

“Onun da əsas səbəbi odur ki, gəlirlər azalır. Neftdən asılılığımız çox yüksək idi. Bunu etiraf etməsələr də, neft hasilatı aşağı düşdükcə, gəlirlər azalır. Azalan gəlirlərin yerini vergi və rüsumlar, ödənişlər, cərimələr tutur. Bu yanaşmanın fəlsəfi olaraq özü yalnışdır. Vətəndaş nə qədər rüsum, nə qədər çox DSMF ödəyirsə, onun xərcləməyə pulu azalır”. 

Bu halda vətəndaş daha az istehlak edir:

“Daha az istehlak etdikcə, istehsal və xidmət sahələrinin, ticarətin dövriyyəsi azalır ki, bu da əksinə ÜDM-yə daha mənfi təsir göstərir. İqtisadiyyatın stimullaşdırılması əvəzinə iqtisadiyyatın daralmasının şahidi oluruq. Bu qərar da o qəbildəndir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri