Xalid Fəthəlrəhman: İslamofobiya qarşı ortaq səylər göstərilməlidir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 26 may, AZƏRTAC
Bu konfrans beynəlxalq arenada ayıqlığın və dözümlülüyün təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının ICESCO-ya verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına yüksək ehtiramımı çatdırıram.
AZƏRTAC xəbər verir ki, bunu ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fəthəlrəhman “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzusunda plenar iclasda deyib.
O bildirib ki, Qərbdə bəzi hökumətlər islamofobiyaya qarşı mübarizə aparsalar da, müsəlman icmaları hələ də ciddi problemlərlə üzləşirlər.
“İslamofobiya elə bir məsələdir ki, ona qarşı ortaq səylər göstərilməlidir. Mühafizəkar qüvvələrə qarşı birgə fəaliyyət vacibdir. Bu məsələdə ICESCO-nun üzərinə böyük məsuliyyət düşür, maarifləndirmə işləri geniş şəkildə aparılmalıdır. Qərbdə insanlar İslam dini ilə bağlı kifayət qədər məlumata malik deyillər. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər onların düşüncə tərzinin dəyişməsinə töhfə verə bilər. Bu iş bütün insanları əhatə etməlidir. Sivilizasiyalar arasında heç kim kənarda qalmamalıdır”, - deyə Mərkəzin direktoru vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 26 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















