Icma.az
close
up
RU
Almaniyada islamofobiya artır

Almaniyada islamofobiya artır

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyada yayımlanan hesabat ölkədə gündə orta hesabla 11 müsəlman əleyhinə hadisənin qeydə alındığını ortaya qoyub.

"Cebheinfo.az" xəbər verir ki, Almaniyada fəaliyyət göstərən İslam və Müsəlman Düşmənçiliyinə Qarşı Alyansın (CLAIM) hazırladığı hesabatda bildirilib ki, ölkədə 2025-ci ildə müsəlmanlara qarşı 4 min 96 hadisə qeydə alınıb.

Qeyd olunub ki, ölkədə fəaliyyət göstərən məsləhət və müraciət mərkəzlərinə müsəlmanlara qarşı ayrı-seçkilik, təhqir, təhdid, əmlaka zərər vurulması və zorakılıq kimi hadisələrlə bağlı məlumatlar daxil olub.

Sənəddə bildirilməyən daha çox hadisənin olduğu ehtimalının yüksək olduğu vurğulanıb.

Xatırladılıb ki, 2024-cü ildə 3 min 80 müsəlman əleyhinə hadisə müəyyən edilmişdi.

Bildirilib ki, hadisələrin 61,1 faizi “şifahi hücumlar” kimi qeydə alınıb. Bunun ardınca 21,5 faizlə “ayrı-seçkilik”, 17,4 faizlə isə yaralama, əmlaka zərər vurma, qəsdən yandırma və digər zorakılıq halları daxil olmaqla “fiziki zərərverici davranışlar” gəlib.

Hesabatda 2025-ci ildə müsəlman əleyhinə hadisələr nəticəsində 2 nəfərin öldüyü, 4 nəfərin ağır yaralandığı və 5 qəsdən yandırma hadisəsinin baş verdiyi bildirilib.

Hadisələrin əhəmiyyətli hissəsinin qadınlara qarşı törədildiyi vurğulanan hesabatda, 2025-ci ildə məscidlərə qarşı 61 hücumun həyata keçirildiyi qeyd olunub.

CLAIM təşkilatının rəhbəri Rima Hanano hesabatın təqdimatı zamanı bildirib ki, 2025-ci ildə qeydə alınan 4 min 96 hadisə insanların hər gün müsəlman əleyhinə şifahi hücumlara, ayrı-seçkiliyə və hətta ağır fiziki zorakılığa məruz qaldığını göstərir:

“Eyni zamanda bu rəqəmlər aysberqin yalnız görünən hissəsidir”.

O bildirib ki, bir çox zərərçəkən nəticələrdən qorxduğu və ya şikayətlərinin ciddi qarşılanmayacağını düşündüyü üçün hadisələr barədə məlumat vermir:

“2025-ci ildə islamofobiya səbəbindən 2 nəfər həyatını itirib və sənədləşdirilən hadisələr getdikcə daha ağır və zorakı xarakter alır”. 

O, hücum edən şəxslərin uşaqlara belə hücum etməkdən çəkinmədiyini vurğulayaraq, Bavariya əyalətində şagirdlərin çəkiclə hücuma məruz qaldığını və yaralandığını bildirib.

Hanano həmçinin Drezden şəhərində iki qız uşağının təhqir olunduğunu, 14 yaşlı bir qızın isə hicabının zorla çıxarıldığını açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see277

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see259

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see251

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see249

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see237

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see236

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see235

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see232

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see225

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see223

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see218

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see216

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see207

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see200

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see191

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see186

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see185

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see184

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see183

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri