Icma.az
close
up
RU
ABŞ də islamofobiya artıb

ABŞ də islamofobiya artıb

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-ın Texas ştatının Ostin şəhərində eyni gecə üç müsəlman dini mərkəzinə – Nueces məscidi, İslam Əhli-Beyt Dərnəyi (IABA) və Ostin Dini İşlər Mərkəzinə hücum edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Amerika-İslam Münasibətləri Şurası (CAIR) məlumat yayıb.

Hücum zamanı məscidlərin giriş lövhələri və divarlarına yəhudi xalqının qoruyucusu və güclü inancını təmsil edən dini simvol - Davud Ulduzu çəkilib.
Nueces məscidinin rəsmisi Revand Abdulqəni artan islamofobiya və anti-immiqrant əhval-ruhiyyəsinin narahatlıq doğurduğunu bildirib.

Ötən ay CAIR-in Arizona şöbəsinin Avondale şəhərindəki bir məscidə ölümlə təhdid edən şübhəlinin tutulmasını alqışladığını xatırladan açıqlamada, Ostindəki hücumların "son zamanlar ölkədə artan İslam əleyhinə hərəkətlərin davamı" olduğu vurğulanıb.

CAIR rəsmisi Şaimaa Zayan, üç mərkəzə edilən hücumların eyni gecədə baş verdiyini, bu hadisələrin mütəşəkkil və qəsdən törədildiyini göstərir:

"Xüsusilə Nueces məscidi Texas Universitetinin (UT) Ostin tələbələri üçün həm mənəvi, həm də mədəni mərkəzdir".

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri