Icma.az
close
up
RU
Xalid Teymur Akram: Zəngəzur dəhlizi Pakistanı və Mərkəzi Asiyanı Avropa ilə yaxınlaşdıracaq ŞƏRH

Xalid Teymur Akram: Zəngəzur dəhlizi Pakistanı və Mərkəzi Asiyanı Avropa ilə yaxınlaşdıracaq ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 noyabr, Leyla Muradzadə, AZƏRTAC

Zəngəzur dəhlizi Çin–Pakistan iqtisadi dəhlizinin məqsədlərinə tam şəkildə uyğundur. Bu layihə Pakistan və Mərkəzi Asiya ölkələri üçün Avropa və Türkiyə bazarlarına çıxış baxımından daha qısa və təhlükəsiz quru marşrut yaradacaq. Qvadar limanı ilə Xəzər dənizi arasında mövcud olan əlaqə sayəsində Pakistan öz mallarını quru yolla İran və ya Mərkəzi Asiya üzərindən Azərbaycan vasitəsilə Türkiyəyə, oradan isə Avropaya göndərə biləcək. Bu, daşınma vaxtını və nəqliyyat xərclərini azaldacaq, eyni zamanda Pakistanın dost ölkələrlə ticarət və siyasi əlaqələrini möhkəmləndirəcək.

Bu fikirləri AZƏRTAC-a “Ortaq Gələcək İcması üçün Pakistan Tədqiqat Mərkəzi”nin icraçı direktoru Xalid Teymur Akram bildirib. O, Zəngəzur dəhlizinin Pakistan və Mərkəzi Asiya üçün Qərb bazarlarına alternativ çıxış baxımından gətirə biləcəyi üstünlükləri şərh edib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Avrasiya regionunda ən maraqlı və mühüm layihələrdən biridir. Ekspert hesab edir ki, bu marşrut təkcə Azərbaycan üçün deyil, həm Pakistan, həm də Mərkəzi Asiya ölkələri üçün əsl irəliləyiş olacaq.

“Bu dəhliz təkcə ölkələri birləşdirməyəcək, həm də bütün region üzrə ticarət, inkişaf və əməkdaşlıq üçün yeni imkanlar açacaq. O, Azərbaycanın Şərqlə Qərb arasında əsas körpü kimi əhəmiyyətini xeyli artıracaq. Azərbaycanı birbaşa Naxçıvanla, daha sonra isə Türkiyə ilə birləşdirərək Xəzər dənizindən Aralıq dənizinədək fasiləsiz quru marşrut yaradacaq”, – deyə Xalid Teymur Akram vurğulayıb.

Bununla bağlı ekspert diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin mərkəzi hissəsinə çevriləcək: “Beləliklə, Azərbaycan mühüm ticarət və nəqliyyat qovşağına çevriləcək. Bu, ölkəyə daha çox investisiyanın cəlb edilməsinə və iqtisadiyyatın yalnız neft və qaz sahəsindən asılı olmadan inkişafına kömək edəcək. Bu layihə Prezident İlham Əliyevin güclü iradəsini və liderliyini parlaq şəkildə nümayiş etdirir. O, Azərbaycanın regional nəqliyyat əlçatanlığı sahəsində liderə çevrilməsi üçün böyük səylər göstərib”.

Mərkəzi Asiya respublikaları üçün Zəngəzur dəhlizinin dünya bazarlarına çıxışı baxımından yeni və müstəqil marşrut yaradacağını qeyd edən Xalid Teymur Akram əlavə edib ki, bu dəhliz həm də mövcud nəqliyyat yollarından asılılığı azaldacaq.

“Nəticədə onların iqtisadi təhlükəsizliyi güclənəcək, Azərbaycan, Türkiyə və Pakistanla əməkdaşlıq üçün yeni imkanlar açılacaq”, – deyə o vurğulayıb.

Analitikin fikrincə, Zəngəzur dəhlizi geniş perspektivlərə malik ümidverici layihədir.

“O, Azərbaycanı əsas regional körpüyə çevirəcək, Pakistan və Mərkəzi Asiyanı Avropaya yaxınlaşdıracaq və ticarət və əlaqələr vasitəsilə sülhə və rifaha töhfə verəcək. Bu layihə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində regional əməkdaşlığın nümunəsi kimi yüksək qiymətə layiqdir”, – deyə ekspert yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2025 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri