Icma.az
close
up
RU
Xalidə Xalid 60

Xalidə Xalid 60

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Başının altına yastıq qoyanlar,
Ayaq altına qumbara qoydu,
Nadanlar dünyanı qumara qoydu!
Mən belə dünyanın nəyindən küsüm?”

Söhbətimə xalq şairi Məmməd Arazın bu misraları ilə əbəs yerə başlamıram. Bu dəfə sizə kəşməkeşli ömür yaşayan, həyatın ağır sınaqlarından keçən bir xanımdan danışmaq istəyirəm. Bir vaxtlar ölkə mətbuatında gündəm olan Xalidə Xaliddən. Amma, gəlin əvvəlcə onun ömür səlnaməsin vərəqləyək. İsmayılova Xalidə Xalid qızı 24 dekabr 1965-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Lənkəran şəhər 9 saylı Beynəlmiləl məktəbdə alıb. Orada oxuyarkən şagird komsomol təşkilatı katibi vəzifəsini daşıyıb. Sonra altı il Lənkəran Rayon Yerli Radio Verilişləri Redaksiyasinda diktor işləyib. 1984-1989 illərdə Azərbaycan Dövlət İncəəsənət İnstitutunun Mədəni-maarif fakültəsində ali təhsilə yiyələnib. Ali təhsil aldıqdan sonra dörd il Lənkəran Uşaq Rəssamlıq Məktəbində İncəsənət tarixi müəllimi kimi fəaliyyət göstərib. Eyni zamanda həmin vaxt Lənkəran Şəhər Mədəniyyət Şöbəsinin komsomol təşkilat katibi vəzifəsini icra edib. 1993-1998-cə illərdə Lənkəran şəhər 4 saylı orta məktəbin müəllimi olub.1998-ci ildə isə, onu Lənkəran Dövlət Universitetinə(LDU), Pedoqogika və Psixologiya kafedrasının müdir müavini vəzifəsinə təyin ediblər. Eləcə də LDU-nun Rəssamlıq fakültəsində İncəsənət tarixi müəllimi kimi dərs deyib. 1999-cu ildən 2000-ci ilin may ayina qədər LDU-nun Mətbuat və İnformasiya Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2000-ci ilin iyun ayından etibarən AMEA-nın Milli Münasibətlər İnstitutunda elmi işçi, eləcə də, institutun mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət gçstərib. 2003-cü ildə institutun bağlanmasi səbəbindən AMEA-nın Fəlsəfə, sonra isə Nizami adına Ədədiyyat institutunun elmi işçisi olub. 2007-ci ildə ədəbiyyat institunda Xarişi Ölkələr Ədəbiyyati və Ədəbi Əlaqələr şöbəsinə keçirilib. 2009-cu ildə elmi işi ilə əlaqədar onu həmin şöbənin nəzdində Türk xalqları Ədəbiyyatı Şöbəsinə köçürüblər. 2007-2014-cü illər ərzində “Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” mənzuməsi türk xalqları ədəbiyyatında” adlı dissertasiya mövzusu üzərində çalışıb. 2007-ci ildə Türkiyəli alim Yusif Gədiklinin “Şəhriyar və bütün türkcə şeirləri” adlı kitabını Azərbaycan türkcəsinə uygunlaşdıraraq Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət müşavirliyinin dəstəyi ilə nəşr etdirib. 2014-cü ilə qədər AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Xarici Ölkələr ədəbiyyati və Ədəbi Əlaqələr şöbəsində elmi işçi olaraq işləyib. Mütəmadi olaraq Azərbaycan, Türkiyə və digər ölkələrin mətbuatında elmi, publisistik məqalələri, bədii yazıları ilə çıxış edib. 2020-ci ildən qardaş Türkiyədə yaşayır. Müstəqil araşdırmaçı-yazar kimi Türkiyə mətbuatında elmi araşdırma və bədii publisistik yazılarla çıxış edir. Azərbaycan və Türkiyə mətbuatında yayimlanan, iki qardaş ölkə şəhidlərinin həyat hekayələrindən bəhs edən “Öncə VƏTƏN” layihəsinin ideya müəllifi və rəhbəridir...

Deyir ki:- “Mətbuatımızın yaranmasının bu il 150 illiyi tamam olur. Azərbaycan milli mədəniyyətinin inkişafında geniş mənada mətbuatımızın sayəsində təkamül illəri olub, xalqımızın qabaqcıl fikir xadimləri məhz mətbuatımızın səhifələrindən öz işıqlı ideyalarını doğma xalqa aşılaya biliblər. Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yaranıb, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm tədbirlər həyata keçirilib. Hələ Azərbaycan Xalq Cümhuriyyəti illərindən sonra, rüşeym halında inkişafını dayandırmış proseslər yenidən dirçələrək demokratik mətbuatın inkişafına xidmət etməyə başlayıb...”

O, 2000-2007-ci illərdə “Respublika”, “Azərbaycan müəllimi”qəzetlərinin, 2000-2013-cü illər arasında isə “Azərbaycan ordusu”qəzetində müxbər olaraq fəaliyyət göstərib. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ildə “İnform.AZ" xəbər saytını qurub və sayta rəhbərlik edib. Türkiyədə məskunlaşdığı üçün 2020-ci ildən saytın fəaliyyətini dayandırıb...

“Mən şəxsən mərhum Yusif Səmədoğlunun “Qətl günü” əsərindən sonra ona tay ola biləcək başqa bir əsərə rast gəlməmişəm. Kəmiyyətdən danışmıram, keyfiyyətdən danışıram. Sovet dövründə məğrur qədəmlərini atan ədəbiyyatımız indi nə gündədir, nə üçün hətta iməkləyə bilmir? Yaxşı tərcümə də qeybə çəkilib. Nə edək, kimi oxuyaq, necə oxuyaq? Ən sərfəli yol sosial şəbəkələrdir, onlarda da nə redaktor var, nə korrektor, kim necə bacarır, elə də yazır. Nəşr olunan kitablar da, maşallah olsun, qalaq-qalaq. Doğrudur, kitaba pis demək olmaz, amma kitabyazan onu abırlı yazıb cəmiyyətə təqdim etməlidir. Açıq etiraf etmək lazımdır ki, bizim oxucular çap edilən kitabları oxumurlar, az-çox maraqlananlar da “diaqonal” üzrə oxuyurlar. Füzulini, Vaqifi, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, İlyas Əfəndiyevi, Xətaini, Fərman Kərimzadəni oxuyub həqiqi zövq almış oxucu indi birdən-birə bəzi “xanəxarab” müəlliflərin yazılarından necə faydalana bilərlər? Və yaxud bu qədər üzdəniraq qəzet buraxınca, yüzlərlə eyni məqsədlə yaradılan, lakin bu məqsədlərdən baş çıxarılmayan saytlar yaradınca bir-iki abırlısını işlət, deyim iş görürsən. Çox təəssüf! Yaratdıqları, guya postmodernizmdir, o da ki... Yazıçı və jurnalist olmaq istəyənlər də həddindən ziyadədir. Gərək adamın özündə insaf ola və hər kəs öz işi-peşəsi ilə məşğul olmalıdır. Bir kənddə ki, əhalinin hər on nəfərindən biri müxbir, yaxud şairdir, buna nə deyəsən? Kimə lazımdır bu? Yazarların sayı, internetdə cürbəcür kanalların, portalların sayı vurub çıxıb kəlləçarxa, bax buna təəssüflə yanaşıram. Eyni fikri, eyni ifadəni, eyni mövzuda eyni sözləri nə qədər təkrar etmək olar?”- söyləyir.

Məhəmməd Hüseyn Şəhriyarla bağlı ciddi araşdırmalar aparıb çoxcildlik kitab üzərində işləyir. Tədqiqat apardığı vaxtlar hətta İranın hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq bir neçə günlük həbs olunub da. Ölkə rəhbəri işə qarışandan sonra onu azad ediblər. Şəhriyarla bağlı xeyli yanlışlıqları üzə çıxarıb və əsl həqiqəti ortaya qoya bilib...

Deyir ki:- “Mən həmişə demişəm, Şəhriyar haqqında çox əsərlər yazılıb. Amma Şəhriyarı Şəhriyar olaraq ortaya qoya bilməmişik. Alim işini bilirsiniz də, onun haqqında yazılan bütün əsərləri oxuyub, təhlil etmişəm. Bu əsərlərin hamısında Şəhriyar barəsində məlumatlar bir-birini təkrar edir. Amma mən İranda olan ərəfədə görüşlərim oldu. Görüşdüyüm insanlar onu daha yaxından tanımağıma yardımçı oldu. Yekunda bir qərara gəldim, Şəhriyarı Şəhriyar edən onun millətinə, dilinə, insanlığa bağlılığıdır. O, fani dünyaya, dünya malına bağlı biri deyildi, dəhşətli dərəcədə kasıb yaşayıb. Amma ona çevrəsi, şah, şahın yoldaşı tərəfindən çox təkliflər olub. Şair isə heç birini qəbul etməyərək kasıb, acı həyatına tablaşıb və belə güclü-samballı əsərlər ortaya çıxarıb. Mənim yaralı yerim Şəhriyarın doğum tarixinin bugünədək düzgün yazılmamsıdır. 1904, 1905, 1906, 1907-ci il yazanlar var. Mən özüm də bugünədək 1906-cı il deyə istinad edib yazmışam. Nəhayət, İran səfərimdə Şəhriyarın şəxsiyyət doğum şəhadətnaməsini gördüm; orada 1905-ci il martın 26-da doğulduğu yazılır. Yəni bu tarixin düzgün yazılmasını istərdim. Bir də Şəhriyar barədə orta məktəb dərsliyində çox qısa bilgilərin verilməsi məni narahat edir...”

Ölkədə, dünyada baş verən məsələlərlə maraqlanmağı xoşlayan xanımdır. Gələcəklə bağlı çox narahatdır. O, sanki güc mərkəzidir. Onun enerjisindən, sərt xarici görkəmindən qorxmaq lazım deyil. Əksinə, o, inanılmaz dərəcədə həssas və emosionaldır. Ancaq özünü düşünmür, hamıya yardımçı olmağa tələsir...

“Bir məqamı da qeyd edim ki, mən ən əsası xoşbəxt bir anayam. Peşman deyiləm ki, bu günə qədər elmlər namizədi olmamışam, kitablarımı çap etməmişəm. Maddi və mənəvi resurslarımı iki övladıma sərf etmişəm ki, layiqli, intellektual gənc kimi formalaşsınlar. İndi də onlar məndən tələb edir ki, ana, kitablarını bitir. Bilirsiniz, insan çox qəribə bir məxluqdur. Həyatda qarşısına nə qədər çətinlik, mücadilə çıxır. Bunlara dözmək, çətinliklərə sinə gərmək, yenə də gülmək hər insana nəsib olmur. Zamanında çox gözəl maddi imkanlarım olub. O vaxtlarımda özümdən də çox çevrəmdə ehtiyacı olan insanları düşünmüşəm. Kimsə qapımdan peşman qayıtmayıb. Halal xoşları olsun. Mən həyatımda özüm üçün yaşamamışam. Hər zaman başqaları üçün yaşamışam.”- söyləyir.

İnsanlara çox inanır. Dəfələrlə aldansa da- "Məni birinci dəfə aldatsalar, aldadana ayıb olsun, ikinci dəfə aldansam, mənim özümə ayıb olsun"- kəlamını dilə gətirir. Əliaçıq və səxavətli xanımdır. Dostluqda mehribandır, rəfiqələri ilə yaxşı anlaşa bilir. Milli adət-ənənələrə çox bağlıdır. Hətta romantik düşüncələrində belə reallıqdan uzaqlaşmır və duyğularını adamların çoxundan daha real yaşamağı bacarır...

...Bəli, dekabrın 24-ü Xalidə xanımın 60 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see268

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see240

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see239

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see233

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see230

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see223

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see222

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see221

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see204

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see201

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see201

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see200

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see200

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see197

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see196

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see195

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see189

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see184

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see177

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri