Xalq artisti: “Bir sözlə, o işə tövbə etmişəm”
Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalq artisti Faiq Ağayev həmkarlarından birinin ona problem yaratdığını etiraf edib.
Adalet.az xəbər verir ki, sənətçi qeyd edib ki, həmkarlarından birinə zamin olaraq bankdan kredit götürməsinə yardımçı olub. Lakin sonra həmin həmkarı ard- arda aylıq ödənişdə gecikmələr etdiyi üçün F.Ağayev bir daha heç kəsə zamin olmayacağına söz verib:
“O borc bağlandı. Həmin adamla da münasibətim yaxşıdır. Ancaq bir də ehtiyacı olsa qəti şəkildə həmin addımı atmaram. Yəni bir sözlə o işə tövbə etmişəm (gülür).Ümumiyyətlə, bankdan yalnız əməkhaqqım gəlir. Bundan əlavə bankla heç bir işim yoxdur. Yəni heç vaxt kredit götürmürəm”.
Əntiqə
Baxış sayı:72
Bu xəbər 11 Sentyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















