Xalq artisti geyim tərzinə görə QINANDI VİDEO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın Xalq artisti Tünzalə Ağayeva səhnə tərzi ilə yenidən sosial şəbəkələrin gündəminə gəlib.
Milli.Az xəbər verir ki, müğənninin son çıxışlarından birinə aid görüntülər internetdə yayılaraq geniş müzakirələrə səbəb olub.
Paylaşılan kadrlarda sənətçinin səhnəyə fərqli və diqqətçəkən libasla çıxması izləyicilərin diqqətini çəkib. Onun parlaq və qısa səhnə geyimi sosial mediada müxtəlif rəylərlə qarşılanıb.
Bəzi izləyicilər ifaçının stilini bəyəndiklərini bildirərək onun səhnədə olduqca cazibədar göründüyünü və libasının "göz qamaşdırdığını" qeyd ediblər. Digər istifadəçilər isə əksinə, müğənninin seçdiyi geyimi həddindən artıq açıq hesab edərək tənqid edən rəylər yazıblar.
Bununla belə, sənətçinin səhnə tərzi və fərqli imici yenə də müzakirələrə yol açıb.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 08 Mart 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















