Xalq artisti: “Maşınımın qarşısını kəsib...”
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ağstafada yaşayan Xalq artisti Tariyel Qasımov kənd həyatından məmnun olduğunu deyib.
Ölkə.az xəbər verir ki, aktyor Qaynarinfo-ya açıqlamasında bildirib ki, kənddə yaşasa da, tamaşaçılarının diqqətindən kənarda qalmır:
"Yol getdiyim yerdə maşınımın qarşısını kəsirlər. Tamaşaçılarım mənimlə söhbət edir, oynadığım rolları müzakirə edirlər. Sənətimi, obrazlarımı tərifləyirlər. Belə olan halda mən niyə darıxım? Bir an belə məni darıxmağa qoymurlar. Elə darıxan kimi də Bakıdan müxtəlif verilişlərdən zəng gəlir, məni qonaq dəvət edirlər”.
Xalq artisti kənd həyatının özünəməxsus gözəllikləri olduğunu vurğulayıb:
"Adam yaşa dolduqca kəndinə doğru can atır. Kənd həyatı çox gözəldir. Əkib-becərirsən, günün necə gəlib keçdiyini bilmirsən. Həm də burada hər şey təmizdir - havası da, ərzağı da”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 05 İyun 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















