Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Masazırda usta döyüldü Maşınımın detallarını oğurlayıb

Masazırda usta döyüldü Maşınımın detallarını oğurlayıb

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 1979-cu il təvəllüdlü Sadiq tanışı Əhmədə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Masazır qəsəbəsində baş verib. Sadiq qəsəbənin Ə.Vahid küçəsində yerləşən “Fitnes SPA” mərkəzinin arxasında yerləşən kafedə yeyib-içdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində ona məxsus avtomobili usta kimi keyfiyyətsiz təmir etdiyinə görə Əhmədə zəng edib, telefonda kobud formada iradını bildirib. 
Bu zəmində yaranmış mübahisə zamanı bir-birini söyərək təhqir ediblər. Əhməd aralarında yaranmış mübahisəni həll etmək üçün avtomobili ilə onun olduğu “Fitnes Spa” mərkəzinin qarşısına gəlib və mübahisəni davam etdirib. Bu zaman Sadiq yerdən taxta parçasını götürərək Əhmədin başının sol hissəsinə bir dəfə vurub. Ona qapalı kəllə beyin travması, digər xəsarətlər yetirib. 
Hadisəni törədən Sadiqin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Əhməd onun avtomobilini düzəldib, aralarında mübahisə yaranıb:
“Əhməd avtomobil ustasıdır. Mübahisə avtomobilin düzəldilməsi ilə bağlı yarandı. Avtomobilinin bəzi detalları oğurlanıb və ona görə avtomobilin bəzi detalları düzəlməyib. Mən əvvəlcə avtomobilini götürdüm və Əhmədə zəng edərək aramızda olan haqq-hesabın yekunlaşması üçün görüşə çağırdım. Aramızda mübahisə yarandı. Mən hissə-hissə ona pul vermişəm. Eyni zamanda avtomobilin bəzi detallarını alaraq vermişdim. Avtomobilin düzəldilməsi iki il müddətində baş verdi. Nə qədər pul verdiyimi xatırlamamışam. Birinci dəfə beş yüz manat vermişəm. Daha sonra 150 manat vermişəm. Daha sonra avtomobilim düzəlmədiyi üçün başqa ustanın yanına aparmışam. Bundan sonra Əhmədə zəng etdim. Əhməd mənimlə danışanda səsi yüksəkdən gəlirdi. Eyni zamanda özüm də bir az içkili idim. Aramızda mübahisə yarandı. Əhməd harada olduğumu soruşdu. Mən də uzaqda olduğumu bildirdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Əhmədlə danışıb və olduğu yeri ona söyləyib: “Onun gəlməyi ilə aramızda mübahisə yarandı. Əhmədin oğlanları bizi ayırdı. Əhməd avtomobildən taxtanı götürərək məni vurdu. Bundan sonra mən də onu vurdum. Birinci taxta parçasını Əhməd götürüb. Taxta ilə mənim sol tərəfimdən vurdu. Mən də onu vurdum”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, onun uşaqlarının 16-17 yaşları var: “Ən balaca uşağım 10 yaşındadır. Həmin ilin aprel ayının 15-də həyat yoldaşımdan ayrılmışam. Həmin vaxtı ailəmdə problem olmayıb. Yoldaşımdan qısqanclıq səbəbindən boşanmışam”. 
Zərərçəkmiş Əhmədin sözlərinə görə, Sadiqlə avtomobilin motorunun düzəlməsi barədə danışıb: “Avtomobili Amerika istehsalı olduğuna görə avtomobilinin ehtiyyat hissələri gec tapılıb. Öz yerimdə yer olmadığına görə avtomobilin ehtiyat hissələrini qonşu obyektə yığmışam. Özüm rayonda olanda süpürgəçisi orada olan dəmirlərin hər birini yığaraq dəmiryığana satıb. Satılan detalı tapmaq üçün neçə dəfə bir yerdə Sumqayıt şəhərinə və Yasamal rayonuna getmişik. Sadiq mənə Sumqayıt şəhərində usta olduğunu və həmin ustanın avtomobili düzəldə biləcəyini bildirdi. Həmin ərəfələrdə avtomobilin şüşəsi açıq qalıb və içərisinə pişik girmişdi. Həmin vaxtı bizim avtomobil yuma məntəqəmiz düzgün işləməyib. Sadiqə maşını həmin ustaya aprmasını söylədim və ondan sonra avtomobilin nə problemi olacaqsa, onu özümün həll edəcəyimi bildirdim”. 
Zərərçəkmiş daha sonra ifadəsində Sadiqlə aralarında olan söhbətdən, mübahisədən danışıb: “Bundan sonra Sadiqin qonşusu olan Elmirə zəng etdim. Elmiri yığmaqda məqsədim Sadiqin hörmət etdiyi hansısa bir şəxsi tapmaq və dərdimi ona izah etmək olub. Elmir Sadiqin ailəsində problemlərin olduğunu və orada yaşamadığını bildirdi”.
Zərərçəkmiş ifadəsinin davamında Sadiqlə görüşməsindən, baş verən hadisə barədə danışıb. 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq 5 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, əməllərində ona ittiham verilmiş maddənin tərkibi olmadığıdan bəraət hökmünün çıxarılmasını xahiş edib. 
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət qismən təmin edilib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Onun cəzası 2 il 11 ay 28 günə endirilib. 
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Əhməd də təqsirli bilinib. O, Sadiqə xəsarət yetirməsi ilə bağlı barəsində cinayət işi ayrıca icraatda araşdırılıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri