Icma.az
close
up
RU
Xalq artisti Möhlət Müslümovun 70 illik yubileyi qeyd edilib AZƏRTAC

Xalq artisti Möhlət Müslümovun 70 illik yubileyi qeyd edilib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 9 dekabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində ustad tarzən, pedaqoq, Xalq artisti Möhlət Müslümovun 70 illik yubiley tədbiri keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış tarzən Əkrəm Məmmədli çıxış edərək yubilyarın sənət yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar.

Bildirilib ki, Möhlət Müslümov ölkəmizdə tar ifaçılığı sənətinin yaşadılmasına töhfələr verməklə yanaşı, Azərbaycanın hüdudlarından kənarda da musiqi mədəniyyətimizi layiqincə təmsil edib. Sənətkarın bir sıra ölkələrdə 20-dən çox musiqi albomu işıq üzü görüb.

Beynəlxalq Muğam Mərkəzində direktoru Əməkdar artist Sahib Paşazadə deyib ki, tarın ən gözəl ifaçıları sırasında yer tutan Möhlət Müslümov sənəti, ifaçılıq üslubu ilə xalqın sevgisini qazanıb. 30 ildən artıq rəhbərlik etdiyi Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı ilə musiqi sənətinin inkişafına əvəzsiz töhfələr bəxş edib. Azərbaycan Milli Konservatoriyasında Muğam kafedrasının professoru kimi illərdir topladığı təcrübəni tələbələri ilə bölüşərək yeni ifaçılar nəslinin yetişdirilməsi istiqamətində yorulmadan çalışır.

Çıxışlardan sonra tədbir Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının müşayiətində geniş konsert proqramı ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see154

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri