Icma.az
close
up
RU
Xalq iqtidar birliyi sarsılmaz təməllərə söykənir

Xalq iqtidar birliyi sarsılmaz təməllərə söykənir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Sentyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının XI konfransı keçirilib.

​Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

​Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

​Konfransda YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Azərbaycanın mütərəqqi inkişafının avanqard qüvvəsinə çevrilib. Onun sözlərinə görə, YAP Zəngilan rayon təşkilatı hesabat dövründə öz ideoloji-siyasi fəaliyyətini, o cümlədən ərazi partiya təşkilatları ilə əlaqələri genişləndirib və əhalinin müxtəlif təbəqələrini əhatə edən silsilə tədbirlər həyata keçirib.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dinamik inkişaf edən, beynəlxalq mövqelərini davamlı şəkildə möhkəmləndirən dövlətə çevrilib. Onun sözlərinə görə, Azərbaycanın qazandığı şanlı Zəfərlər nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bildirilib ki, azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı quruculuq işləri həyata keçirilir, Zəngilan rayonunda da yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır və əhalinin doğma yurda qayıdışı təmin olunur.

​Milli Məclisin deputatı İmamverdi İsmayılov isə YAP-ın xalqın inam və etimad ünvanı kimi formalaşdığını diqqətə çatdırıb. O bildirib ki, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində əldə olunan möhtəşəm qələbələr dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirib. “Azərbaycan xalqı məhz öz Liderinin ətrafında dəmir yumruq kimi birləşərək milli birlik və həmrəylik nümayiş etdirir”, - deyə deputat vurğulayıb.

Çıxış edən partiya veteranları Almas Osmanova və Söhbət Musayev, həmçinin “Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi” ərazi partiya təşkilatının sədri Kənan İmaməliyev Azərbaycanın yeni hədəfləri uğurla reallaşdıracağına əminliklərini ifadə ediblər.

​YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə isə Cənubi Qafqaz regionunda yeni reallıqların yarandığını, partiya üzvlərinin bu prosesləri diqqətlə izləyərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli olduqlarını diqqətə çatdırıb. 

​Konfransda YAP Zəngilan rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

​Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Sentyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri