Icma.az
close
up
RU
Xalq Məclisinin sədri: Azərbaycanlılar Dağıstanda vahid ailə kimi yaşayırlar AZƏRTAC

Xalq Məclisinin sədri: Azərbaycanlılar Dağıstanda vahid ailə kimi yaşayırlar AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 23-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova ötən ilin mart ayında Zaur Askenderovla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Xalqlarımız arasındakı tarixi əlaqələrdən, ortaq dəyərlərdən danışan Milli Məclisin sədri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Rusiya münasibətlərinin bu gün də prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

S.Qafarova indiyədək Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən 300-dək sənədin imzalandığını bildirərək, onların arasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Bildirilib ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır və ölkəmizdə bir sıra təhsil ocaqlarında rus dili geniş tədris olunur.

Görüşdə S.Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyi ərazilərdə aparılan tikinti-quruculuq işləri, orada həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd layihələri”, mötəbər beynəlxalq tədbir olan COP29-un ölkəmizdə keçirilməsi ərəfəsində Azərbaycana qarşı edilən təzyiqlər, Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi və bu prosesə yaradılan maneələr haqqında ətraflı məlumat verib.

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderov Dağıstan və Azərbaycan xalqlarının tarixi əlaqələri, paylaşdıqları ortaq dəyərlərdən danışıb. O, ilk dəfə Azərbaycanın bütün suveren ərazisində keçirilmiş parlament seçkilərinin tarixi önəm daşıdığını vurğulayıb.

Qonaq Rusiya-Azərbaycan münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da güclənməsi, xalq diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə parlamentlərin qarşılıqlı münasibətlərin inkişafında oynadığı mühüm rol qeyd edilib, Milli Məclisin həm Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası və Dövlət Duması ilə, həm də Dağıstan Xalq Məclisi ilə əlaqələrinin əhəmiyyətindən danışılıb, qarşılıqlı səfərlərin intensivliyinin vacibliyi qeyd edilib.

Zaur Askenderov Dağıstanda böyük Azərbaycan diasporunun olduğunu və azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri