Bakıda 48,7 kilometrlik yol təmir olunub
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Bakıda həyata keçirilən genişmiqyaslı yol təmiri proqramı çərçivəsində indiyədək 95 küçə və prospektdə işlər tam yekunlaşıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, təmiri başa çatdırılmış yolların ümumi uzunluğu 48,7 kilometr təşkil edir.
Bakı şəhərində ümumilikdə 110 küçə və prospekti əhatə edən genişmiqyaslı təmir proqramı icra olunur. Qısa müddət ərzində proqram üzrə nəzərdə tutulan küçə və prospektlərin 86,4 %-də təmir işləri tamamlanıb. İndiyədək döşənmiş asfalt örtüyünün ümumi sahəsi isə 750 526 kvadratmetrə çatıb.
Təmir tədbirləri paytaxtın müxtəlif ərazilərini əhatə edir. Görülən işlər şəhərin yol infrastrukturunun yenilənməsinə, avtomobillərin hərəkət şəraitinin və yolların istismar göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir.
Hazırda proqram çərçivəsində daha 15 küçə və prospektdə təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulur. Onlardan 5-də işlər davam etdirilir.
Agentliyin məlumatına əsasən, indiyədək Bakı şəhərinin bütün 12 inzibati rayonunu əhatə edən, belə geniş həcmdə asfalt örtüyünün yenilənməsini nəzərdə tutan təmir proqramı həyata keçirilməyib.
Proqram başa çatdıqdan sonra paytaxt üzrə ümumilikdə 110 küçə və prospektdə yol infrastrukturu yenilənmiş olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 Oktyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















