Icma.az
close
up
RU
Xalqımızın övladlarına qarşı yönələn qəddarlıq cəzasızlıq qalmamalıdır RƏY

Xalqımızın övladlarına qarşı yönələn qəddarlıq cəzasızlıq qalmamalıdır RƏY

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 29 iyun, AZƏRTAC

“Son günlər Rusiyanın Yekaterinburq şəhərində baş verən qandonduran hadisələr böyük hiddətlə qarşılanır. Gecə ikən qapını sındırıb evlərə soxulmaq, ailə üzvlərinin gözləri qarşısında zorakılıq hərəkətləri etmək, heç bir xəbərdarlıq etmədən və sorğu-sual aparmadan adamlara divan tutmaq, işgəncə vermək nə deməkdir? Özünü “sülhün böyük carçısı”, “xalqlar dostluğunun beşiyi” adlandıran ölkənin siyasi varisi elan edən Rusiyanın “humanizmi”, “beynəlmiləlçiyi” bundan ibarətdirmi? Günahı olduğu sübut edilmədən, məhkəməyə çıxarılmadan OMON-çuların mənzillərə soxulması, heç bir dəlil-sübutsuz “istintaq aparılması” adı ilə həbs edilməsi və işgəncə maşının altına verilməsinə, bədənlərinə elektrik cərəyanı qoşulmasına, ən ağlasığmaz metodlarla zor tətbiq edilərək qətlə yetirilməsinə faşizmdən başqa nə ad vermək olar? Yeni imperiya yaratmaq sevdasına düşən ölkədə miqrantlara qarşı yeridilən bu siyasət, şovinizm və diskriminasiya beynəlxalq hüququn hansı normalarına uyğun gəlir?”

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən zorakılıq və vəhşilik əməllərinə münasibət bildirirərkən deyib.

Onun dediyinə görə, milli ayrı-seçkilik, ölkənin sakini olan miqrantlara qarşı qarayaxmalar, digər xalqlara, qeyri-ruslara qarşı təhdidlər Rusiya hökumətinə nəinki başucalığı gətirmir, əksinə, bu gün ölkənin cəngəllik qanunları ilə idarə olunduğunu göstərir: “Başı müharibə alovlarına qarışan ölkədə miqrantların, o cümlədən soydaşlarımızın səfərbərliyə alınaraq döyüş cəbhələrinə göndərilməsi, bunun müqabilində əksər hallarda onlara kompensasiya verilməməsi, müxtəlif şəhərlərdə öz zəhməti ilə halal çörək qazanan azərbaycanlıların öz iş yerlərindən, ev-eşiklərindən qovulması, onların etmədikləri əməllərdə, törətmədikləri cinayət hadisələrində günahlandırılması belə düşünməyə əsas verir. İndi dünyanın hansı əyyamı, zamanın hansı vaxtıdır ki, öz millətindən olmayanlara düşmən kimi baxasan?! Bütün dünya bəşəri duyğulardan, humanizm prinsiplərindən danışır, Rusiya hələ də feodal təsəvvürlərdən uzaqlaşa bilmir”.

Müsahibimiz daha sonra deyib: “Xalqımızın ləyaqətli nümayəndələrinə qarşı törədilən diskriminasiya halları getdikcə artır. Təkcə son altı ayı göz önünə gətirsək, xeyli belə hadisə sadalamaq olar: Ötən ilin dekabrında Qroznıya uçan təyyarənin vurulması, Azərbaycan Milli Məclisinin deputatının Həştərxana buraxılmaması, ölkəmizin bir sıra media qurumlarına qarşı yönələn kiberhücumlar... Rusiya hökuməti baş verən bütün bu əməllərə görə üzr istəmək əvəzinə heç nə olmamış kimi susqunluq göstərir. Əlbəttə ki, insanlığa qarşı yönələn qanunazidd əməllərin cavabsız qalması bir-birinin ardınca yeni cinayətlərin törədilməsinə səbəb olur. Halbuki kimliyindən asılı olmayaraq bu vəhşiliyi törədənlər vaxtında layiqli cəzalarını alsalar, məsələ gəlib bu yerə çıxmazdı. Bir el məsəlində deyildiyi kimi, bıçaq sümüyə dirənib. Kremlin irqçi və məkrli siyasəti dünyada böyük çaxnaşmalara, müharibəyə, qan tökülməsinə, xalqlar arasında ədavətə aparıb çıxarır, cəzasızlıq mühiti isə kriminal ünsürlərin daha geniş əl-qol açması ilə nəticələnir. Rusiya hökuməti təcili olaraq həmin hərəkətlərin qarşısını almalı, müsəlman mənşəli vətəndaşlara qarşı yönələn vəhşiliyə son qoymalı, həmin əməlləri törədənləri dərhal tapıb cəzalandırmalı, xalqlar arasında yaranan uçurumun dərinləşməsinə imkan verməməlidir. Əks halda bu hərəkətlər daha böyük fəlakətlərə və qarşıdurmalara aparıb çıxara bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 İyun 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri