Icma.az
close
up
RU
Xalqın asayişini qorumağı şərəf bilənlər

Xalqın asayişini qorumağı şərəf bilənlər

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polis istənilən sivil cəmiyyətin ayrılmaz hissəsidir. Polisin əsas missiyası vətəndaşların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qorumaq, eləcə də ictimai asayişi və təhlükəsizliyi təmin etməkdir. Polis əməkdaşı xüsusi səlahiyyətlərə malik, hərəkətlərinin qanuniliyinə cavabdeh olan, insan hüquqlarına hörmət edən və yalnız qanun çərçivəsində güc tətbiq edən hökumətin nümayəndəsidir. Azərbaycan polisi də istisna deyil. Bütün bunlarla yanaşı, Azərbaycan polisi ölkə daxilində sabitliyin əsas təminatçısı olmaqla bərabər, istər Ermənistanın ölkəmizə təcavüzü dövründə, istərsə də 2020-ci ildə 44 günlük Vətən müharibəsində xalqımızın düşmən üzərində böyük Zəfərə imza atıb ərazilərimizin işğaldan azad edilməsi zamanı şanlı əsgərlərimizlə çıyın-çıyinə döyüşdü, mənsub olduğu qurumun tarixinə mərdlik və qəhrəmanlıq nümunəsu yazdı. Bunu əsla unutmaq olmaz, əksinə təqdir və təbliğ etmk gərək ki, gələcək polis əməkdaşları bunu əxz edib, bu yolla getsinlər.

Dünyanın təhdid və münaqişlərlə dolu indiki dövründə mürəkkəb və çoxşaxəli qurum olan Azərbaycan polisinin səmərəliliyi birbaşa cəmiyyətin dəstəyindən və etibarından asılıdır. Çünki bu, hər bir insanın dinc və təhlükəsiz həyatı üçün vacib olan səlahiyyət və məsuliyyət arasında bir tarazlıqdır.

Polislər qarşısında çox mühüm və vacib vəzifələr olan insanlardır: vətəndaşların cinayətkar hücumlardan təhlükəsizliyini təmin etmək və onları qorumaq, terrorizmə qarşı mübarizə aparmaq, mütəşəkkil cinayətkarlığa və bütün növ korrupsiyaya qarşı mübarizə aparmaq. Bunlar heç də sadə vəzifələr deyil. Cəsarət, peşəkarlıq, təmkin və qətiyyət tələb edən işlərdir. Vətəndaşların təhlükəsizliyini, necə deyərlər, döyüş meydanında qoruyanlar qeyri-adi dərəcədə möhkəm və məsuliyyətli olmalıdırlar, çünki təkcə qayda deyil, həm də vətəndaşların və həmkarların həyatı çox vaxt onların dəqiq və inamlı hərəkətlərindən asılıdır.

Mən Azərbaycan polisinin bugünki obrazını belə görürəm. Bizim polis zabitinin şərəfi onun nüfuzu və təmiz adıdır. Azərbaycanın polis zabitin ləyaqəti özünə və başqalarına hörmətə əsaslanan özünəinam hissidir. Zabit formasının şərəf və ləyaqəti adi sözlər deyil, hər bir zabitə xidmətdə və həyatda yol göstərən əxlaqi prinsiplərdir.

Fürsətdən istifadə edib, Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə Daxili İşlər naziri, hörmətli Vilayət Eyvazov başda olmaqla Azərbaycan polisinin bütün əməkdaşlarını, yerlərdə fəaliyyət göstərən polis işçilərimizi təbrik edir, xalqın asayişi və ictimai sabitliyinin qorunmasında onlara uğurlar arzulayıram. Eyni zamanda, qarşıdakı bayramlar münasibətilə Cənab nazirə həsr etdiyim şeiri general-polkovnik Vilayət Eyvazovun simasında bütün Azərbaycan polisinə ərməğan edirəm:

MÜBARİZ ƏSGƏR KİMİ

Polisə yeni bir nizam verdiniz,
Asayiş, intizam qorunmalıdır.
Xalqım bir təhlükə yaşamamalı,
Cəmiyyət saflaşıb durulmalıdır.

Səbəbsiz deyildir əmin-amanlıq,
Kimlərsə yolunu azmamalıdır.
Hər kəs əməlinə cavab verməli,
Cinayət cəzasız qalmamalıdır.

Vətən sevdalısı, general oğul,
Xalqın sevgisini qazanc bilirsən,
Zabit şərəfini uca tutduqca,
Millətin gözündə ucalaqcaqsan.

İftixar doğurur xalqa xidmətin,
Aydın mövqeyin var, düz məramın var.
Hamıya xoş gəlir əzmin, niyyətin,
Sabaha sarsılmaz bir inamın var.

Coşur ürəyində saf məhəbbətin,
Vətənə xidməti şərəf sanmısan.
Kökü kəsildikcə hər cinayətin,
Baxıb fəxr edirisən,qürurlanırsan.

Əzəldən sevmədin əliəyrini,
Qabağında varsan bir sipər kimi.
Sən xalqın, dövlətin mənafeyini,
Daim qoruyursan bir əsgər kimi.

Öz doğma xalqının tərəqqisində,
Qanun sevgisiylə ürəyin vurur.
Güclü Azərbaycan polisi bu gün,
Öz xoş məramıyla zirvədə durur.

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazova

Möhtərəm cənab nazir!

Altı ildən artıqdır ki, müstəqil Azərbaycan Respublikasında sabitliyin qarantına çevrilən, ictimai asayişi və təhlükəsizliyi göz bəbəyi kimi qoruyan əsas qurumlardan birinə -Daxili İşlər Nazirliyinə uğurla rəhbərlik edirsiniz. Dövlətçiliyimizin əsas dayaqlarından olan DİN-də həyata keçirdiyiniz kadr islahatları, zabit heyətinin hazırlıq səviyyəsinin yüksəldilməsi və polis orqanalarının yeni dövrün tələblərinə cavab verən müasir texnika və texnologiyalarla təmin edilməsi naminə qəbul etdiyiniz qərarlar Azərbaycan polisinin fəaliyyətini keyfiyyətcə yüksək səviyyəyə qaldırmışdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycan polisi ölkə vətəndaşlarının hüquqlarını qorumaqdan və cinayətkarlıqla mübarizə aparmaqdan tutmuş, cinayətkarlığın qarşısını almağa və fövqəladə hallarda yardım göstərməyə qədər, son dərəcə məsuliyyətli vəzifələrin öhdəsindən yüksək peşəkarlıq və əzmlə gəlməkdə, Vətənə sədaqətlə xidmət etməkdədir.

Hörmətli nazir!

Azərbaycanın 35 illik müstəqillik yolunun canlı şahidi kimi ölkəmizin ulu öndər Heydər Əliyevin, daha sonra Prezidentimiz cənab İlham Əliyevin müstəsna xidmətləri sayəsində hansı mürəkkəb şəraitlərdən adladığını, müstəqilliyimizi dərin siyasi zəkaları sayəsində necə qoruyub inkişaf etdirdyini yaxşı bilirəm. Azərbaycanın Zəfərlərlə dolu son 20 illik tarixinin nailiyyətlərində Sizin rəhbərlik etdiyiniz Azərbaycan Polisinin xidmətləri və töhfələri də mənə yaxşı məlumdur. Bu gün də çətinliklər və təhdidlərlə dolu bugünkü dünyada hamının diqqətində olan Azərbaycanda sabitliyin təmin edilməsində hüquq-mühafizə orqanlarının, biləvasitə Azərbaycan polis əməkdaşlarının rolu çox vacibdir.

Vətənə xidmət etmək sadəcə gəlişi gözəl sözlər deyil, məsuliyyət və sədaqət tələb edən şüurlu bir seçimdir. İşinizin insanlara necə fayda verdiyini, onların özlərini təhlükəsiz hiss etmələrinə necə kömək etdiyinizi görmək bir vətəndaş olaraq məndə böyük qürur və fəxarət hissi doğurur.

Cənab nazir!

Bu yaxınarda Astara şəhərində vətəndaşlarla keçiridiyiniz qəbulda iştirak etmək və Sizinlə birbaşa ünsiyyət qurmaq fürsətini, mənim şəxsimdə yaşadığım bölgənin insanlarına göstərdiyiniz yüksək diqqət və qayğının bariz nümunəsi kimi qəbul edirəm və bunu alqışlayıram. Vətəndaş müraciətlərinə həssaslıqla yanaşmağınız, onların problemlərinin həlli istiqamətində operativ qərarlar verməyiniz el-obada, ziyalılarımız arasında, şəhid ailələri və müharibə veteranları tərəfindən böyük razılıqla qarşılanmışdır. Onların adından Sizə bir daha dərin minnətdarlığımızı bildirirəm. İnanıram ki, Sizin kimi yüksək çinli vəzifə adamının nümayiş etdirdiyi bu münasibət rəhbərlik etdiyiniz qurumun bütün nümayəndələri üçün məmur - vətəndaş münasibətlərində daimi bir nümunədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün komandası üçün xalqla münasibətdə məhz bu yanaşmanı prioritet hesab edir. Siz öz idarəçiliyinizdə bunu əsas tutmaqla dövlət başçısına sədaqətinizi əyani şəkildə nümayiş etdirirsiniz.

Hörmətli Vilayət müəllim!

Sadə insanla dostluq etmək ənənəsi Ulu Öndər Heydər Əliyevdən qalan son dərəcə nəcib və insani bir keyfiyyətdir. Astara şəhərində qəbulda Siz də şəxsən mənim kimi sadə bir insana bu cür münasibət bəslədiniz və şəxsimi heyrətə saldınız. Məhz indi, müstəqilliyimizin əbədiyyətə doğru irəlilədiyi bir vaxtda Vətənimizin, dövlətimizin, xalqımızın Sizin kimi sədaqətli, böyük qəlb sahibi olan, mərd və sözündə bütöv insanlara böyük ehtiyacı var.

Dünyada həmişə yaxşılıq və pislik arasında mübarizə gedir. Yaxşılıq insanlara fayda verən, onların inkişafını və rifahını təşviq edən hər dəyərdir. Şər insanlara zərər verən, həyatlarını məhv edən və onları əzən qorxulu reallıqdır. Sizin müstəsna rəhbərliyiniz sayəsində Azərbaycan polisi Qanunun, yaxşılığın tərəfindədir, onu şərdən qoruyur və bu ən böyük alqışa layiqdir.

Zabit forması sadəcə forma deyil, şərəf, ləyaqət və məsuliyyət simvoludur. Mən əminəm ki, Siz özünüz general formasını necə şərəf, ləyaqət və məsuliyyətlə daşıyırsınızsa, tabeliyinizdəki bütün polis heyətindən də belə olmağı tələb edirsiniz.

Əminəm ki, Sizin kimi peşəkar və prinsipial rəhbərlərin fəaliyyəti nəticəsində ölkəmizdə ictimai asayişin, qanunçuluğun və insan hüquqlarının qorunması sahəsində uğurlar daha da artacaq.

Dünya azərbaycanlılarının həmyrəlik günü və qarışdan gələn Yeni təqvim ili münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, gələcək işlərinizdə və fəaliyyətinizdə uğurlar arzulayıram

Dərin hörmətlə,
Bəxtiyar HÜSEYNOV,

Prezident mükafatçısı,
"Əmək veteranı"
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü
050 389 48 90

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see359

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see342

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see279

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see263

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see261

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see258

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see248

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see241

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see237

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see228

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see217

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see213

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see206

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see206

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see205

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see197

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see196

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see193

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see190

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri