“Şərəf tariximiz” FOTO
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq, 03 noyabr 2026-cı il tarixdə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar partiyanın rayon təşkilatının aparatında “Şanlı Zəfər günü” devizi altında Vətən müharibəsi iştirakçıları və qazilərin iştirakı ilə “Şərəf tariximiz” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Ulu öndər Heydər Əliyevin eləcədə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev açmış, tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr Zəfər günü, 9 noyabr Bayraq günü və 21 noyabr Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34 illiyi münasibətilə təbrik etmişdir. Natiq çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-nin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb. Bu şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan cənab İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu.
Azərbaycan Respublikakısının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində
rəşadətli ordumuz 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızı azadlığına
qovuşdurdu. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün
böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad
edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal
hərbi əməliyyat kimi daxil oldu. Bu gün də xalqımız qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir.
Tədbirdə Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Masallı şöbəsinin sədri Nahid Rəhimov çıxış edərək bildirib ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Sonra Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, Vətən müharibəsi iştirakçılarından Nəcmin Cabbarov, Cəmaləddin Məmmədov, gənc fəallardan Zərifə
Elxanzadə və başqaları çıxış edərək bu Zəfəri bizə yaşadan, öz canından, qanından
keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Ölkə başçısının
və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını hər zaman
hiss etdiklərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 03 Noyabr 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















