Icma.az
close
up
RU
Zamanın tələbi, xalqın istəyi ilə yaranan partiya

Zamanın tələbi, xalqın istəyi ilə yaranan partiya

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır. Hər siyasi partiya cəmiyyətin və dövlətçiliyin maraqlarının partiyası ola bilmir. 1992-ci il noyabr ayının 21-də Naxçıvanda böyük tarixi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Konfransda partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Azərbaycanın dövlət maraqlarını, dövlətçilik təsisatlarını bu partiyanın ideoloji strukturları əsasında möhkəmləndirməyi tövsiyə edirdi. Çünki Yeni Azərbaycan Partiyasının məramı azərbaycançılıq ideologiyasından yaranmışdı.

Bu partiya Azərbaycanın dövlət maraqlarının siyasi, siyasi-ideoloji mahiyyətini ifadə edirdi. Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı ideoloji qüvvəsinə - iqtidar partiyasına çevrilməsi də tarixi zərurət idi. Böyük tarixi şəxsiyyətlər tarixin axarını dövlətçiliyin sabahlarını müəyyənləşdirən siyasi axara yönəldə bilir. Bu, dövlətin daha da möhkəmlənməsində, beynəlxalq aləmdə yüksək nüfuza malik olmasında, dövlətin iqtisadi inkişafının tənzimlənməsində və inkişaf etdirilməsində olduqca əhəmiyyətli olur. Böyük tarixi şəxsiyyət, XX əsrin fenomenal siyasi xadimi Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirdi, ikitərəfli, çoxtərəfli iqtisadi müqavilələr dövlətin iqtisadi inkişafını müəyyənləşdirdi. Ulu Öndər deyirdi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”. Orduda vahid komandanlığın yaradılması, ordu quruculuğunda aparılan əsaslı islahatlar, hərbi təhsildə həyata keçirilən yeniliklər və digər önəmli addımlar uğurlar gətirdi. Ulu Öndərin rəhbərliyi ilə bu uğurlar Yeni Azərbaycan Partiyasının ideoloji istiqamətverici gücü ilə əldə edilib. Ulu öndər Heydər Əliyevin müdrikliyinin nəticəsi kimi yaradılan partiya illər ərzində ölkədə siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olub. İnandırma, inandırmaqla inama çevrilmə ehtiramla yarana bilərdi. Yarandı da. Qısa müddət ərzində xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası dünyəvi dəyərləri də yaşadan, tolerantlığı gərəkləndirən partiyadır. Bu partiyanın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə əsaslanır, milli-xəlqi maraqlar əsasında hazırlanmış Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərir. Bu partiya Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Məhz bu xarakterinə görə Yeni Azərbaycan Partiyası həm də gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyası demokratik cəmiyyətin partiyasıdır, tolerant dövlətin iqtidar partiyasıdır. Bu partiya siyasi dialoqu dəstəkləyən, partiyalararası münasibətlərdə başlıca amilin milli maraqlar olduğunu xatırladan və bunu başlıca fəaliyyət istiqaməti bilən partiyadır. Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, "dünənin, bu günün və gələcəyin partiyası" kimi hər zaman islahatlara açıq olan, müasir çağırışlara cavab verən, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən Yeni Azərbaycan Partiyası dinamik ictimai-siyasi qüvvədir. Onun nüfuzu və siyasi-ideoloji təsir dairəsi cəmiyyətin bütün təbəqələrinin, xüsusilə gənclərin və qadınların fəal vətəndaş mövqeyinin formalaşması baxımından təşkilata aktiv şəkildə cəlb olunması ilə daha da artmış olur. Partiyamız ölkə daxilində çoxşaxəli fəaliyyətlə yanaşı, bu gün respublikamızın hüdudlarından kənarda səmərəli əlaqələr formalaşdırmaqla beynəlxalq miqyasda ən güclü siyasi təşkilatlardan biri kimi tanınır və qəbul edilir ki, bu da, şübhəsiz, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlişinə vacib töhfədir. Xalqın bütövlüklə dəstəyini alaraq Azərbaycanı dönməz inkişaf yoluna çıxaran Yeni Azərbaycan Partiyası hər zaman xalqımıza, dövlətimizə qələbələr qazandırdı, uğurlar gətirdi, dayanıqlı milli iqtisadi inkişaf sisteminin formalaşdırılmasını şərtləndirdi. Bu gün Azərbaycan həm beynəlxalq münasibətlər sistemində, həm də beynəlxalq əməkdaşlıq sistemində olduqca ciddi mövqelərə və təsirə malikdir. Ərazi bütövlüyünü təmin etdi, tarixi qələbələrə imza atdı. Dövlətimiz Prezident, Ali Baş Komandan, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində tariximizin qızıl səhifəsini yaratmağı bacardı. 2023-cü ilin sentyabr ayında isə bütün ərazilərimiz boyunca suverenliyimizi etibarlı və dönməz şəkildə təmin etdik. Bu baxımdan, Yeni Azərbaycan Partiyası vaxtı ilə Azərbaycanı xilas etdiyi kimi, bundan sonrakı dövrlərdə də ölkəmizi inkişafın, tərəqqinin ən yüksək nöqtələrinə çatdıracaq. Sonda onu da deyim ki, 5 mart 2021-ci il tarixində keçirilən YAP-ın VII qurultayı partiyanın həyatında ciddi struktur dəyişikliyi ilə yadda qaldı. Yeni nizamnamə və proqram qəbul olundu və bu da partiyaya yeni nəfəs gətirdi. 11 strateji hədəf müəyyən edildi. “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış.”

Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri