Icma.az
close
up
RU
“Xalqın faciəvi günlərində onlar kənarda dayanıb” deputat

“Xalqın faciəvi günlərində onlar kənarda dayanıb” deputat

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Dekabrın 25-də “Azərbaycan Hava Yolları”ına məxsus “Embraer 190” təyyarəsinin Aktau ərazisində qəzaya düşməsi böyük faciədir. Bütün həlak olanlara Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə baş sağlığı veririk. Bu hadisədən hamımız kədərlənmişik, sarsılmışıq, amma eyni zamanda, içimizdə bir təsəlli var ki, bu sərnişinlərin içərisində sağ qalanlar da var. Bu, bizi ümidləndirir. Çünki belə qəzalarda adətən ölüm faktı təxminən 100 faizə bərabər olur. Bu qəzada bütün sərnişinlərin həlak olmaması təsəlli ola biləcək əsas faktlardan biridir. Bu hadisədən xalqımız kədərlənib, xalqımız həm də onu görür ki, Azərbaycanda müəyyən siyasi dairələr bu faciənin özündən də siyasi spekulyasiya predmeti olaraq istifadə etmək istəyir. Azərbaycanda olan 26 siyasi partiyadan 24-ü birgə bəyanat verərək ölənlərə Allahdan rəhmət diləyib, öz kədərini ifadə edib və Azərbaycan dövlətinin yanında olduqlarını söyləyiblər və imkanları daxilində bu faciənin aradan qaldırılması prosesinə töhfə vermək istəklərini ortaya qoyublar. Yəni birlik nümayiş etdiriblər və hər birimizi də birliyə çağırıblar”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, bu reallıqda 2 siyasi partiya həmişə olduğu kimi bu proseslərdən kənardadır: “Bunlar Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasıdır. Xalqın faciəvi günlərində belə onlar kənarda dayanıblar. Təkcə kənarda dayanmayıb, cürbəcür yalanlar, iftiralar, dezinformasiyalar, saxta xəbərlər yayırlar. Sonra məlum olanda ki, bunların heç bir sosial bazası yoxdur, xalqın bu siyasi partiyalara heç bir etimadı yoxdur, təəccüblənirlər. Xalqın ən ağır günlərində siz yanında olmayanda xalqın sizə münasibəti necə olmalıdır? II Qarabağ müharibəsində kənarda qaldınız. Bu proseslərə, bizim qələbəmizə töhfə vermədiniz, əksinə, uğurlarımızdan yuxularınıza haram qatıldı, antiazərbaycan dairələrinin yanında yer aldınız. Dövlətimizin yanında deyil, Azərbaycan əleyhinə olan qüvvələrin maşası rolunu oynadınız və indi bu faciəli günlərdə də kənardasınız. Dövlətin, dövlətçiliyin, xalqın yanında olan, birgə bəyanatla çıxış edən partiyaların mövqeyini paylaşmırsınız. Kənarda siyasi yalquzaq həyatı yaşayırsınız”.

Deputat onların guya quru sərhədlər açıq olsaydı, bu faciə yaşanmazdı düşüncələrini gülünc iddia adlandırıb: “Əvvəla, dünya təcrübəsində çoxsaylı təyyarə qəzaları var və bu qəzalar məhz sərhədlərin açıq olduğu reallıqda baş verib. Bir anlıq təsəvvür edin ki, təhlükəsizlik problemləri ilə bağlı heç bir narahatlığımız yoxdur və quru sərhədlər də bu səbəbdən açıqdır. Buna nə deməkdir? Quru sərhədlər açıqdırsa, avtomobillər işləyirsə, deməli, Azərbaycan hava yolları bağlanmalı idi? Daha təyyarə uçuşlarına ehtiyac qalmamalı idi? Bu, harada görünüb? Bir neçə ildir quru sərhədlər bağlıdır, amma hər zaman AZAL-dan uçuşlar həyata keçirilir. Kim istəyir təyyarə ilə uçardı, kim istəyir quru yolla gedərdi. Quru sərhədlərinin bağlı olmasının buna aidiyyəti varmı? Aidiyyətin olmasını isə tapmaq istəyən qüvvələr var. Onlar hər vasitə ilə çalışırlar ki, xalqı çaşdırsınlar, ictimai fikri başqa məcraya yönəltsinlər. Xalqımız isə müdrikdir, xalqın gözü tərəzidir və xalq bir daha əmin oldu Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiya əslində bu millətin, xalqın düşmənləridir”.

O əlavə edib ki, bizim düşmənlərimiz olan Ermənistan dövləti və hətta onun siyasi-hərbi rəhbərliyi belə Azərbaycan xalqına baş sağlığı verir: “Dünənki düşmənlərimiz belə fərqli bir mövqe ortaya qoyur. Bu partiyalar və onların “liderlər”i ermənidən də çox ermənidirlər. Bu, bir həqiqət, aksiomdur. Bunun xüsusi sübuta ehtiyacı yoxdur”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Dekabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri