Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Onlar yarışlara artıq qalib xalqın nümayəndələri kimi çıxır Deputat

Onlar yarışlara artıq qalib xalqın nümayəndələri kimi çıxır Deputat

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İdman sahəsində əldə olunan nailiyyətlər uzunmüddətli, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilən siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında vurğulanan əsas məqamlar bu sahənin sosial həyatın, gənclər siyasətinin və milli özünüdərkin ayrılmaz tərkib hissəsinə çevrildiyini nümayiş etdirir. İdman cəmiyyətin sağlamlığı, birliyi və gələcəyə inamı ilə birbaşa bağlı olan strateji sahə kimi təqdim olunur".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.  

Parlamentari bildirib ki, bu il idmançılar tərəfindən beynəlxalq yarışlarda qazanılan medalların sayının rekord həddə çatması aparılan siyasətin real göstəricisidir. 2000-dən çox medal, o cümlədən təqribən 600-dən artıq qızıl medal idman potensialının yüksək səviyyədə olduğunu sübut edir.

"Ötən illə müqayisədə nəticələrin daha da artması idmana göstərilən davamlı diqqətin, yaradılan şəraitin və sistemli hazırlığın səmərəsini aydın şəkildə ortaya qoyur. Bu uğurlar təkcə idmançıların əzminin deyil, həm də uzun illər ərzində formalaşdırılmış düzgün yanaşmanın bəhrəsidir və idmanın inkişafının doğru istiqamətdə getdiyini təsdiqləyir.

İdmanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi formalaşdırılması bu sahəyə verilən xüsusi önəmin göstəricisidir. Həyata keçirilən məqsədyönlü proqramlar nəticəsində idman infrastrukturu yenidən qurulub və müasir tələblərə tam cavab verir. Təkcə paytaxtda deyil, bölgələrdə də idmanla məşğul olmaq üçün geniş imkanlar yaradılıb. Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi regionlarda idmanın kütləviliyini artırmaqla yanaşı, sosial həyatın canlanmasına da ciddi töhfə verib. Bölgələrdə bu cür komplekslərin sayının 46-ya çatması idmanın hər kəs üçün əlçatan olmasının təmin edildiyini göstərir.

İdmançıların beynəlxalq arenalarda Dövlət Bayrağını yüksəltməsi hər bir vətəndaş üçün qürur və fəxarət mənbəyidir. Son beş il ərzində bayrağın qalib ölkənin rəmzi kimi dalğalanması idmançılar üzərinə düşən məsuliyyəti daha da artırıb. Onlar yarışlara artıq qalib xalqın nümayəndələri kimi çıxır, bu da psixoloji hazırlığa və nəticələrə birbaşa təsir göstərir. Bu qürur hissi idmançıları daha böyük hədəflərə kökləyir və yeni uğurlara ruhlandırır.

Bu il ölkədə keçirilmiş ən mühüm idman tədbirlərindən biri III MDB Oyunları olub. Yarışların bir neçə şəhəri əhatə etməsi regionlarda mövcud infrastrukturun səviyyəsini, təşkilati imkanları və potensialı nümayiş etdirir. 

Bakıda ilk dəfə keçirilən UFC turniri və ənənəvi Formula 1 yarışları idman tədbirlərinə ev sahibliyi etmək potensialını bir daha təsdiqləyir. Formula 1 yarışlarından sonra turist axınının artması bu tədbirlərin təkcə idman deyil, həm də iqtisadi və tanıtım baxımından əhəmiyyətini ortaya qoyur. Yarım milyardlıq auditoriya qarşısında paytaxtın müasir simasının nümayiş olunması idmanın təqdimat imkanlarını daha da genişləndirir və ölkənin tanıdılmasına mühüm töhfə verir.

Gələn il Qusarda, Şahdağ Xizək Mərkəzində keçiriləcək Xizək üzrə Dünya Kuboku idman tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu tədbir Şahdağı beynəlxalq qış idmanı xəritəsinə daxil etməklə yanaşı, bölgənin turizm və iqtisadi potensialını da artırır. İnfrastrukturun genişləndirilməsi, yeni trasların salınması və xidmət sahələrinin inkişafı minlərlə iş yerinin yaradılmasına səbəb olub və regional inkişafı sürətləndirib.

Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi idman sahəsində görülən işlərə verilən yüksək dəyərin bariz ifadəsidir. İdmançıların və mütəxəssislərin mükafatlandırılması isə artıq uzun illərdir formalaşmış ədalətli və stimullaşdırıcı ənənənin davamıdır. Bu yanaşma idman şöhrətini ucaldan insanların əməyinə verilən dəyəri və gələcək nəsillər üçün yaradılan motivasiyanı əks etdirir. İdman sahəsində əldə edilən nailiyyətlər strateji baxışın, ardıcıl siyasətin və güclü ictimai dəstəyin məntiqi nəticəsidir. Bu xəttin davam etdirilməsi qarşıdakı illərdə də yeni Qələbələrin, daha böyük uğurların və güclü idman irsinin formalaşması üçün möhkəm zəmin yaradır".  


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Dekabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri