Icma.az
close
up
RU
Xalqın partiyası ŞƏRH

Xalqın partiyası ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan, nəinki Azərbaycanın, Cənubi Qafqazın aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası 32 illiyini qeyd edir. 32 il zaman baxımımdan o qədər də böyük görünməsə də uğurlarımızın miqyasının genişliyi baxımından zəngin dövrdür. Əbəs yerə deyilmir ki, uğurlu başlanğıc növbəti nailiyyətlərin əsasıdır. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Liderdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndər Heydər Əliyev həmin müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” çavabında Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurət olduğunu önə çəkərək “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” söyləməklə yeni yaradılacaq partiyanın gələcəyinə inamını ifadə etdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Ölkəmizdə gedən bütün proselərin mərkəzində dayanan YAP hər bir sahədə inkişafa dəstək olmağa səy göstərir. Keçirilən seçki poseslərinə daim yeni şüarlarla qatılan Yeni Azərbaycan Partiyası gördüyü işlər fonunda qarşıdakı dövr üçün möhtəşəm hədəfləri açıqlayaraq seçkidən-seçkiyə onları tam şəkildə həyata keçirməyə səy göstərir. Vaxtilə “Yeni Azərbaycan uğrunda” deyən YAP bu gün “Qalib xalqın qalib Lideri”, “Yeni dövrə yeni Azərbaycanla” bildirir. Tarixi Zəfərimizin reallıqları Yeni Azərbaycan Partiyasının da qarşısına mühüm vəzifələr qoydu. Bu reallıqlar əsasında 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. Partiya yeni tərkibini formalaşdırmaqla qəbul etdiyi yeni qərarlara və təsdiqlənən yeni Nizamnaməyə uyğun olaraq bu vəzifələrin uğurlu icrası istiqamətində fəaliyyətini daha da təkmilləşdirir. 32 illik yol qət edən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarından biri xalqın sevgisini və inamını qazanmasıdır. Bu sevgini şərtləndirən əsas amillər isə partiyanın tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, dövlətə və xalqa xidməti fəaliyyətinin önündə saxlayaraq daim irəliyə doğru addımlamasıdır. Tarixin sınaqlarından şərəflə çıxan, 32 ili zəngin uğurları ilə tariximizə yazan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Hədəflərə zamanında nail olmaq, qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin etmək üçün atılan davamlı addımlar və müsbət nəticələr gələcəyə daha böyük inamla baxmağa əsas verir. Müstəqilliyimizin xilalaskarı kimi adını tarixə qızıl hərflərlə yazan Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən, Azərbaycanı qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə kimi tanıdan qalib Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliği partiyanın hər bir üzvünün əsas vəzifələrindəndir. Yeni Azərbaycan Partiyası postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirən yeni Proqramınıdan irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirərək həm ölkəmizin, həm də partiyanın qarşısında açılan yeni imkanlara yeni əlavələr edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyev “91-lər”in müraciətinə cavabında Azərbaycanın bugününü və gələcəyini necə görmək istəyirdisə, Prezident İlham Əliyev son 21 ildə həmin istəyi tamamilə reallığa çevirdi. Qalibiyyət rəmzi olan Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda ucaldıldı. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Müasir müstəqil, qalib və bütövləşən Azərbaycan hər birimizin qürur mənbəyidir.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri