Icma.az
close
up
RU
Xalqın partiyası

Xalqın partiyası

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan, nəinki Azərbaycanın, Cənubi Qafqazın aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası 32 illiyini qeyd edir. 32 il zaman baxımımdan o qədər də böyük görünməsə də uğurlarımızın miqyasının genişliyi baxımından zəngin dövrdür. Əbəs yerə deyilmir ki, uğurlu başlanğıc növbəti nailiyyətlərin əsasıdır.

Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Liderdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndər Heydər Əliyev həmin müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” çavabında Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurət olduğunu önə çəkərək “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” söyləməklə yeni yaradılacaq partiyanın gələcəyinə inamını ifadə etdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir.
Ölkəmizdə gedən bütün proselərin mərkəzində dayanan YAP hər bir sahədə inkişafa dəstək olmağa səy göstərir. Keçirilən seçki poseslərinə daim yeni şüarlarla qatılan Yeni Azərbaycan Partiyası gördüyü işlər fonunda qarşıdakı dövr üçün möhtəşəm hədəfləri açıqlayaraq seçkidən-seçkiyə onları tam şəkildə həyata keçirməyə səy göstərir. Vaxtilə “Yeni Azərbaycan uğrunda” deyən YAP bu gün “Qalib xalqın qalib Lideri”, “Yeni dövrə yeni Azərbaycanla” bildirir. Tarixi Zəfərimizin reallıqları Yeni Azərbaycan Partiyasının da qarşısına mühüm vəzifələr qoydu. Bu reallıqlar əsasında 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.
Partiya yeni tərkibini formalaşdırmaqla qəbul etdiyi yeni qərarlara və təsdiqlənən yeni Nizamnaməyə uyğun olaraq bu vəzifələrin uğurlu icrası istiqamətində fəaliyyətini daha da təkmilləşdirir.
32 illik yol qət edən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarından biri xalqın sevgisini və inamını qazanmasıdır. Bu sevgini şərtləndirən əsas amillər isə partiyanın tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, dövlətə və xalqa xidməti fəaliyyətinin önündə saxlayaraq daim irəliyə doğru addımlamasıdır. Tarixin sınaqlarından şərəflə çıxan, 32 ili zəngin uğurları ilə tariximizə yazan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır.
Hədəflərə zamanında nail olmaq, qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin etmək üçün atılan davamlı addımlar və müsbət nəticələr gələcəyə daha böyük inamla baxmağa əsas verir. Müstəqilliyimizin xilalaskarı kimi adını tarixə qızıl hərflərlə yazan Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən, Azərbaycanı qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə kimi tanıdan qalib Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliği partiyanın hər bir üzvünün əsas vəzifələrindəndir. Yeni Azərbaycan Partiyası postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirən yeni Proqramınıdan irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirərək həm ölkəmizin, həm də partiyanın qarşısında açılan yeni imkanlara yeni əlavələr edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyev “91-lər”in müraciətinə cavabında Azərbaycanın bugününü və gələcəyini necə görmək istəyirdisə, Prezident İlham Əliyev son 21 ildə həmin istəyi tamamilə reallığa çevirdi. Qalibiyyət rəmzi olan Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda ucaldıldı. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Müasir müstəqil, qalib və bütövləşən Azərbaycan hər birimizin qürur mənbəyidir.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see435

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see349

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see262

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see228

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see197

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see190

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ CƏDVƏL

09 İyul 2026 20:59see172

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see170

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see165

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see165

Ərdoğan Türkiyənin F 35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

10 İyul 2026 00:03see165

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see164

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see163

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see163

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see162

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see157

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see156

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see155

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see154

Mbappe Fransa tarixində ilkə imza atdı 100 cü qol töhfəsi

10 İyul 2026 03:55see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri