Icma.az
close
up
RU
Xalqın yaddaş xəzinəsi

Xalqın yaddaş xəzinəsi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Mili–mənəvi dəyərlərimizi yaşatmaq üçün muzeylərin rolu əvəzsizdir
HEYDƏR ƏLİYEV

Hər il mayın 18-i bütün dünyada “Beynəlxalq muzeylər günü” kimi qeyd olunur. Bu əlamətdar gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası tərəfindən təsis edilmişdir. Bu günün əsas məqsədi muzeylərin cəmiyyət həyatındakı mühüm rolunu, tarixi və mədəni irsin qorunmasının vacibliyini insanlara çatdırmaqdır.

Elmi-texniki proqres və hərtərəfli yeniləşmələrlə zəngin olan informasiya əsrimizdə muzey fəaliyyətinin canlanması, daha interaktiv olması cəmiyyətimiz üçün olduqca vacibdir. Çünki, hər bir xalqın mədəniyyətinin inkişafında, tanınmasında, daha dəqiq desək, hər bir xalqın tarixinin təbligində muzeylərin rolu çox böyükdür. Belə ki, respublikaya gələn xarici qonaq sənət məbədlərimizlə daha yaxından tanış olmaq üçün ilk növbədə muzeylərə baş çəkirlər.

Bildiyimiz kimi muzey- ədəbiyyat  tarixi, maddi və mədəniyyət abidələrini kompektləşdirən, saxlayan, öyrənən və nümayiş etdirən elmi- maarif müəssisəsidir.

Muzeylər əsasən elmi-maarifçi, tədqiqat və tədris tipli olur və profillərinə görə  bir-birindən fərqlənirlər - tarix, ədəbiyyat, incəsənət və texnika yönlü muzeylər. Qeyd etməliyik ki, maddi mədəniyyət nümunələrinin toplanması, işlənməsi və təbliği prosesləri də məhz muzeylər vasitəsilə həyata keçirilir.

Qədimdə muzey anlayışına yalnız  incəsənət və elm sahəsi üzrə əşyaların, eksponatların kolleksiyalaşması aid edilirdisə, XVIII əsrdən başlayaraq bu anlayışa eksponatların yerləşdiyi binalar, XIX əsrdən isə muzeydə aparılan elmi tədqiqat işləri daxil  edilmişdir.

Muzey işinin inkişafı, insanların mənəvi həyatında rolu XVIII-XIX əsrlərdə daha qabarıq surətdə nəzərə çarpırdı və ilk müasir rəsmi dövlət və ictimai muzeyi 1753-cü ildə İngiltərədə yaradılmışdır. Azərbaycan tarixində isə ilk rəsmi muzey 1919-cu ildə Azərbaycan  Parlamenti nəzdində yaradılan “İstiqlal” muzeyidir.  Azərbaycanda Heydər Əliyevin Respublikaya  rəhbərlik etdiyi birinci dövrdə muzey işinin inkişafında böyük nəticələr  əldə olunmuşdur. Bir çox muzeylər də məhz Heydər Əliyevin təşəbbüsü ilə, diqqət və qayğısı nəticəsində yaranmışdır, ümumiyyətlə həmin vaxtdan başlayaraq muzeylərdə böyük dirçəliş hiss olunmuşdur.  Bəs Azərbaycan tarixinin təbliğində və ölkə mədəniyyətinin inkişafında muzeylərin rolu nədən ibarətdir ?

İlk əvvəl qeyd etməliyik ki, muzeylər təhsil mənbəyi olduğu üçün cəmiyyətin marağına xidmət etməlidir, ictimaiyyət üçün açıq olmalıdır. Geniş və çoxşaxəli fəaliyyətə malik olan muzeylər elmi fəaliyyətində dövlət təhsil müəssisələri ilə, elmi-tədqiqat  institutları ilə sıx əlaqədə olmalıdır. 

Tariximizin təbliğində Azərbaycan Respublikasının tədris müəssisələrində təşkil olunmuş muzeylərin də rolu çox böyükdür. Belə ki, bu müəssisələrdə təhsil alan əcnəbi tələbələr az da olsa azərbaycan dilini mənimsədiklərinə görə, ətrafında Azəri dostları olduqlarına görə muzeydəki eksponatlar onlar üçün daha çox əhəmiyyət kəsb edir. 

Hər bir xalq öz tarixinin qədim və zənginliyinə arxalanmalıdır. Bu zənginliyi sübuta yetirən isə abidələr və muzeydə qorunub saxlanılan eksponatlardır. Muzey ekspozisiyalarının daha zəngin və maraqlı olması üçün  orijinal materiallara, əyani dəlillərə daha çox müraciət etmək lazımdır. Məsələn, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Şuşa şəhərində 1959-cu ildə açılmış ev muzeyinin maketi Üzeyir bəyin  Bakıdakı  ev muzeyində qorunub saxlanılır.  Bu maket muzeyə gələnlərin böyük marağına səbəb olur. Maketdə ağaclıqlarla əhatə olunmuş səliqəli həyətdə kiçik su quyusu, 4 otaqlı ev adamı heyran edir. Evin işıqlarını yandırdıqda adama elə gəlir ki, sanki kiçik Üzeyir bu dəqiqə həmin evdən həyətə qaçacaq. Bundan başqa bizim muzeydə həmçinin Qarabağın milli geyimləri, Qarabağda işlədilən məişət əşyaları da nümayiş etdirilir.  

Hər bir muzey imkan daxilində müvafiq  abidələrin tarixinə dair mövzuları müəyyənləşdirməli və bu mövzuda sərgilər təşkil etməlidir. Çünki sərgilər tariximizin təbliğində əsas yer  tutur. 

Milli geyimlərimizi, milli yeməklərimizi,  xalq oyunlarımızı əcnəbilərə göstərmək üçün tez-tez açıq səma altında səyyar sərgilər təşkil edilməlidir. Bunun üçün isə müvafiq vaxt seçilməlidir. Məs: Novruz bayramı günlərində, Respublikamızda keçirilən beynəlxalq idman yarışları və ya mədəni-kütləvi tədbirlər zamanı. Belə olduqda respublikamıza gələn xarici qonaqlar elə bu sərgi vasitəsilə vətənimizin zəngin tarixi ilə tanış ola biləcəklər. 

Muzeylərdə tez-tez müvafiq mövzularda mühazirələr, söhbətlər keçirilməlidir və bu mühazirələr texniki vasitələrlə müşayiət olunmalıdır, sənədli filmlərdən, video çəkilişlərdən istifadə edilməlidir. Bütün bunlar muzeyə gələn xarici qonaqlarda Azərbaycan tarixinə dair saxtalaşdırılmış fikirləri aradan qaldırmaq üçün böyük rol oynayır. Ümumiyyətlə, həm gələcək nəsillərə, həm də xarici qonaqlara tarixin daha düzgün, daha dolğun çatdırılması üçün mühazirələrin bir neçə dildə aparılması daha məqsədəuyğun olardı. Bir əyani vəsait kimi xalq oyunlarımızın, milli geyimlərimizin əsasında eskizlər, maketlər hazırlanaraq sərgilənərsə,  bu xarici qonaqlarda daha çox xoş təəssürat yaradacaq. 

Musiqi və incəsənət profilli muzeylərimiz isə milli musiqimizin, yəni mədəniyyətimizin təbliğində böyük rol oynayırlar. Nadir not nümunələri, nadir lent yazılarının nümayişi xarici qonaqlarda maraq doğuran amillərdəndir. Bundan başqa muzeylər internet səhifələrinə daxil olmaqla da öz eksponatlarını dünya arenalarına çıxara bilərlər. Nəzərə almaq lazımdır ki, əgər Azərbaycanda fəaliyyət göstərən hər bir muzeyin  nəzdində milli atributlarımızı əks etdirən müxtəlif suvenirlərin, disklərin, nəşrlərin satış-sərgisi üçün yer ayrılarsa bu daha məqsədəuyğun olardı. Çünki, hər bir xarici vətəndaş qonaq gəldiyi ölkənin milliliyini əks etdirən suvenirlərdən istifadə etməyi özünə borc bilir.

Bəli, keçmişimizi xatırladan, tariximizin müəyyən mərhələlərini özündə yaşadan muzey eksponatlarına baxanda qəlbimiz fərəh hissi ilə dolur.  Ona görə də bu eksponatlar daim qayğı ilə qorunmalı, öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır. Çünki muzeylər sayəsində insanlar öz tarixini daha yaxından öyrənir, keçmiş nəsillərin həyat tərzi və mədəniyyəti ilə tanış olurlar. Tarixini bilməyən xalq öz gələcəyini  düzgün qura bilməz. Bu baxımdan muzeylər cəmiyyətin yaddaşı hesab edilir və muzeylər yaşadıqca xalqın tarixi də yaşaycaqdır.

Həsənova Təranə
Üzeyir Hacıbəylinin ev-muzeyinin elmi işçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see355

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see300

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see287

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see262

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see259

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see256

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see250

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see250

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see242

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see236

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see234

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see216

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see211

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see207

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see207

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see203

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see201

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see195

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri