Icma.az
close
up
RU
Qədim diyarın yaddaş xəzinəsi

Qədim diyarın yaddaş xəzinəsi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ümummilli liderin bioqrafiyasının gənclik illəri bu arxivlə bağlı olub

Arxivlər mənsub olduğu xalqın keçmişini özündə yaşadan yaddaş xəzinəsidir. Burada bütöv bir millətin yaddaşı, kimliyi və taleyi qorunur. Naxçıvan Dövlət Arxivi də əsrin əvvəlindən bu günə qədər muxtar respublikanın taleyüklü yolunu əks etdirən zəngin materialları mühafizə edir. Bu il 100 illik yubileyi qeyd olunan bu müəssisə qədim diyarın tarixini, insanların həyatını, dövlətçilik yolunu və mədəni irsini gələcək nəsillərə çatdırmaqla yanaşı, həm də fəaliyyəti ilə ötən dövrdə milli yaddaşın ən etibarlı qoruyucusuna çevrilmişdir. 

İdarənin rəisi Mehman Məmmədovla söhbətimizə Naxçıvanda arxiv işinin yaranması dövrünə nəzər salmaqla başladıq. Müsahibimiz bildirdi ki, ölkəmizdə arxiv işinin təşkili 1920-ci ilin dekabrından başlayır. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin təşkili haqqında” dekreti rəhbər tutan Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi 1925-ci il dekabrın 13-də Naxçıvan MSSR-də Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında Qərar qəbul etmişdir. 

Naxçıvan MSSR Mərkəzi Dövlət Arxivi Naxçıvan MSSR Xalq Maarif Komissarlığının tərkibində fəaliyyət göstərmiş, Azərbaycanda arxiv orqanlarının yenidən təşkili ilə əlaqədar 1930-cu ildə Naxçıvan MSSR Mərkəzi Dövlət Arxivi fondu təşkil edilmişdir. 1960-cı ilə qədər Arxiv İdarəsi və Mərkəzi Dövlət Arxivi Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının tabeliyində olmuşdur. XX əsrin 60-cı illərində muxtar respublikada bu təşkilat Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Nazirlər Sovetinin tabeliyinə verilmişdir. 

M.Məmmədov qeyd etdi ki, hazırda idarənin tabeliyində muxtar respublika Dövlət Arxivi, 7 rayon və şəhər arxivi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində XIX əsrin əvvəllərindən başlayaraq bu günümüzə kimi qiymətli sənədlər saxlanılır. XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid sənədlər Naxçıvan Qəza Polis İdarəsinə, Xalq Məktəbləri Müdiriyyətinə, Torpaq Şöbəsinə, Culfa, Şahtaxtı, Baş Noraşen gömrük məntəqələrinə, Culfa Post – Teleqraf Kontoruna, Ordubad Ali İbtidai məktəbinə aid sənədlərdir. Həmçinin Dövlət Arxivində 1918-20-ci illərdə ermənilərin Naxçıvan, Ordubad, Şərur-Dərələyəz qəzalarına hücumlarını, burada törətdikləri soyqırımı hadisələri haqqında məlumatları özündə əks etdirən sənədlər mühafizə olunur. mumilikdə, Naxçıvan Dövlət Arxivində 778 fond üzrə 500 minə yaxın kağız əsaslı sənəd, 157 kinolent, 7 min 81 fotoşəkil qorunub saxlanılır. 

Həmsöhbətimiz onu da vurğuladı ki, dahi şəxsiyyət Heydər Əliyevin də gənclik dövrünün bir neçə ili Naxçıvan Dövlət Arxivi ilə bağlı olub. Belə ki, arxivdə saxlanılan sənədlərə görə, 15 oktyabr 1941-ci il tarixdə 80 nömrəli əmrlə Naxçıvan MSSR Xalq Daxili İşlər komissarının razılığı ilə Əliyev Heydər Əlirza oğlu Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının Mərkəzi Dövlət Arxivinə elmi işçi vəzifəsinə qəbul olunub,  6 iyun 1942-ci il tarixli 121 nömrəli əmrlə Dövlət Arxivinin Məxfi şöbəsinə müdir vəzifəsinə təyin edilib. 

Ulu öndər burada uzun illər Naxçıvan Arxiv İdarəsinə rəhbərlik etmiş Paşa Əhmədov, Kərim Bayramov və başqaları ilə çiyin-çiyinə çalışıb. mummilli lider Dövlət Arxivində işlədiyi müddətdə respublikada, o cümlədən Ordubad, Culfa, Əbrəqunus (indiki Culfa) rayonlarında arxivlərin qaydaya salınmasında, təşkilatlarda yaranmış sənədlərin arxivə təhvil verilməsində xüsusi xidmətlər göstərib. 1943-cü il iyulun 3-nə kimi Naxçıvan Dövlət Arxivinin məxfi şöbəsinin müdiri vəzifəsində çalışan dahi şəxsiyyət  1 iyul 1943-cü ildə Naxçıvan MSSR Xalq Komissarlar Sovetində ümumi şöbəyə müdir təyin olunub. 

Dövlət Arxiv İdarəsinin rəisi bildirdi ki, ulu öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi, arxiv işinə də xüsusi diqqət yetirmişdir. Dövlət arxivlərinə xüsusi qayğı ilə yanaşan dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə ölkəmizdə arxivlərin fəaliyyəti genişləndirilmiş, bu müəssisələr ixtisaslı kadrlarla təmin olunmuş, onların maddi–texniki bazası gücləndirilmişdir. lu öndərin bilavasitə rəhbərliyi ilə arxiv işinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasına start verilmiş, ölkəmizdə ilk dəfə 22 iyun 1999-cu ildə arxiv işi sahəsində fəaliyyəti tənzimləyən “Milli arxiv fondu haqqında” Qanun qəbul edilmişdir. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış bu qanun respublikamızda arxiv quruculuğunun gələcək istiqamətlərini, arxiv işinin planlı şəkildə inkişaf strategiyasını müəyyənləşdirmişdir. mummilli liderin arxiv işinə diqqət və qayğısı bu gün onun layiqli davamçısı  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Proqram ölkəmizdə arxiv işinin inkişafında yeni perspektivlər açıb. Belə ki, bu sahədəki qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması həyata keçirilir. Həmçinin xarici ölkələrdə saxlanılan Azərbaycanla bağlı sənədlərin ölkəmizə gətirilməsi, arxiv işinin modernləşdirilməsi, milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsi, informasiya axtarışı imkanlarının genişləndirilməsi və istifadəsi imkanlarının artırılması məqsədilə zəruri addımlar atılır. 

Ölkə rəhbərinin bu sahəyə göstərdiyi qayğının nəticəsi olaraq bu gün muxtar respublikanın hər bir bölgəsində ən müasir texnologiya və avadanlıqlarla təmin olunmuş arxiv idarələri fəaliyyət göstərir. Həmçinin Naxçıvan regional “ASAN xidmət” mərkəzində əhaliyə arxiv xidmətləri də göstərilir. Bir sözlə, dövlət tərəfindən göstərilən bu qayğı arxivlərimizin daha da inkişaf etdirilməsinə, xalqımızın qədim və zəngin tarixinin layiqincə qorunmasına yeni imkanlar açır.

M.Məmmədov  qeyd etdi ki, muxtar respublikanın dövlət arxivlərində Naxçıvanın son yüz illik tarixində baş verən ictimai–siyasi proseslər, sosial–iqtisadi və mədəni hadisələr haqqında çox zəngin və maraqlı baza mövcuddur. Təsadüfi deyil ki, regionda fəaliyyət göstərən elm və ali təhsil müəssisələrinin əməkdaşları, tələbə və müstəqil tədqiqatçılar üçün Naxçıvan arxivləri zəngin mənbə rolunu oynayır. Ötən əsrin həm əvvəllərində, həm də sonunda Azərbaycanın milli dövlətçilik tarixində gedən prosesləri, eyni zamanda, bu proseslərdə Naxçıvanın rolunu nəzərə alsaq, bununla bağlı arxiv sənədlərinin nə qədər qiymətli olduğunu görə bilərik. 

Naxçıvan Dövlət Arxivi bu gün təkcə muxtar respublikanın deyil, ümumilikdə, ölkəmizin son 100 illik tarixinin dərindən öyrənilməsində mühüm mənbələrdən biridir. Bu zəngin mənbə müstəqilliyimizin bərpasından sonrakı dövrdən indiyədək onlarla elm insanına, tədqiqatçı və jurnalistlərə bu və ya digər mövzularda işləmək üçün geniş imkanlar açıb, yeni faktların üzə çıxarılmasında əvəzsiz rol oynayıb. 

Ümid edirik ki, Naxçvan Dövlət Arxivi bu missiyasını bundan sonra da uğurla davam etdirəcək, tarixi keçmişimizin həm qorunmasına, həm də düzgün təbliğ olunmasına yeni töhfələr verəcək.

Səbuhi HƏSƏNOV

XQ

Naxçıvan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1408

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see701

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see545

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see534

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see457

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see435

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see365

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see295

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see294

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see285

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see266

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri