Icma.az
close
up
RU
Xamenei burada dəfn olunacaq (Video)

Xamenei burada dəfn olunacaq (Video)

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran hakimiyyəti ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasimlərinin rəsmi proqramını açıqlayıb. İran dövlət mediasının, o cümlədən Tasnim agentliyinin yaydığı məlumata görə, vida mərasimləri 4 iyul tarixində Tehranda başlayacaq, son dəfn mərasimi isə 9 iyulda Xameneinin doğulduğu Məşhəd şəhərində keçiriləcək.

Milli.Az musavat.com-a istinadən bildirir ki, məlumata əsasən, 4-5 iyul tarixlərində Xameneinin cənazəsi Tehrandakı İmam Xomeyni Müsəllasında xalqın ziyarətinə açıq olacaq. 6 iyulda Tehranda kütləvi dəfn yürüşü təşkil ediləcək. 7 iyulda isə İranın digər müqəddəs dini mərkəzi olan Qum şəhərində anım mərasimi keçiriləcək. Bütün mərasimlər 9 iyulda Məşhəddəki İmam Rza ziyarətgahında dəfnlə yekunlaşacaq.

İranın kəşfiyyat qurumlarına bağlı olduğu bildirilən və azərbaycanca yayımlanan "Səhər" telekanalı da bununla bağlı xüsusi reportaj hazırlayıb. Reportajda Məşhəddə keçiriləcək dəfn mərasimlərinə hazırlıq, eləcə də İmam Rza ziyarətgahı ətrafında görülən təşkilati işlər nümayiş etdirilir. Yayımlanan görüntülərdən belə görünür ki, İran hakimiyyəti bu mərasimi təkcə dini mərasim deyil, həm də ölkə daxilində və xaricində siyasi birlik nümayişi kimi təqdim etməyə çalışır.

Ayətullah Əli Xamenei 28 fevral 2026-cı ildə İran-ABŞ-İsrail müharibəsinin ilk günündə Tehrandakı iqamətgahına endirilən hava zərbəsi zamanı həlak olub. İran dövlət mediası onun ölümünü ertəsi gün rəsmən təsdiqləyib. Hücum nəticəsində Xameneinin yaxın ailə üzvlərindən bir neçəsinin də həyatını itirdiyi, oğlu Müctəbanın isə yaralandığı barədə məlumatlar yayılıb.

İslam qaydalarına görə, meyitin mümkün qədər tez, adətən 24 saat ərzində dəfn olunması tövsiyə edilsə də, İran hakimiyyəti müharibə şəraiti və təhlükəsizlik səbəblərini əsas gətirərək dəfn mərasimini bir neçə ay təxirə salıb. Rəsmi mənbələr bu qərarın təhlükəsizlik riskləri və genişmiqyaslı dövlət mərasiminin hazırlanması ilə əlaqədar verildiyini bildirirlər.

İran rəsmilərinin açıqlamalarına görə, dəfn mərasimində milyonlarla insanın iştirakı gözlənilir. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb, Tehran, Qum və Məşhəddə xüsusi təhlükəsizlik planı tətbiq olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 İyul 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see432

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see219

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see207

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see194

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see185

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see182

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see178

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see177

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see174

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri