Icma.az
close
up
RU
“Xamenei SEPAH ın siyasi və ideoloji xəttini təmsil edir” SİYASİ ŞƏRHÇİ

“Xamenei SEPAH ın siyasi və ideoloji xəttini təmsil edir” SİYASİ ŞƏRHÇİ

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Tehran hakimiyyəti daxilində ABŞ-la münasibətlərə yanaşma birmənalı deyil. Lakin hazırkı şəraitdə son sözü İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei deyir. Çünki onun arxasında böyük təsir gücünə malik olan, ölkədə bütün istiqamətlərə nəzarət edən İnqilab Keşikçiləri Korpusu – SEPAH dayanır.

SEPAH-ın mövqeyi İranda bir çox məsələlərdə həlledici rol oynayır. Əslində Xamenei də müəyyən mənada SEPAH-ın siyasi və ideoloji xəttini təmsil edir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib:

“Ötən gün Xameneinin keçirdiyi görüşdə ABŞ-la münasibətlərə dair verdiyi bəyanatlar da bunu bir daha təsdiqlədi. O, Vaşinqtona açıq şəkildə şərtlərini irəli sürdü.

Lakin bütün bunlar, əslində, siyasi cəfəngiyyat və avantürizm kimi qiymətləndirilə bilər. İran çox yaxşı bilir ki, ABŞ-ın regiondakı real gücü və Tehrana təsir imkanları nədən ibarətdir. Bu bəyanatlar daha çox daxili ictimai rəy üçün hesablanmış açıqlamalardır.

Hakimiyyət başa düşür ki, əgər ABŞ-la yaxınlaşma niyyətini açıq şəkildə nümayiş etdirsə, ölkə daxilində ciddi etirazlar və siyasi qarşıdurma yarana bilər. İranda keçmiş islahatçı qüvvələr, o cümlədən 2015-ci ildə “altılıq” ölkələri ilə nüvə razılaşmasını imzalayan sabiq prezident Həsən Ruhani və onun xarici işlər naziri Məhəmməd Cavad Zərif Qərblə dialoqun tərəfdarıdır.

Onlar hesab edirlər ki, İran Qərblə danışığa getməlidir, çünki bu, ölkənin beynəlxalq təcriddən çıxması üçün yeganə yoldur”.

Onun fikrincə İran daxilində Xameneini ABŞ-a qarşı sərt və radikal xətti davam etdirməyə vadar edən daxili təzyiq qrupları mövcuddur.

“Lakin perspektivdə həmin qüvvələrin ölkədə müəyyən dəyişikliklərə nail olmaq imkanları da istisna edilmir.

Bütün bunlara baxmayaraq, Tehran hakimiyyəti rəsmi səviyyədə ABŞ-la danışıqlara razılıq vermədiyini bildirir. Amma maraqlı məqam budur ki, həm İranın müxtəlif səviyyəli diplomatları, həm də ABŞ rəsmilərinin sızdırılmış məlumatlarına görə, iki ölkə arasında arxa kanallar vasitəsilə təmaslar hələ də davam edir. Bu əlaqələr heç vaxt tam kəsilməyib və bu gün də müəyyən səviyyədə qalmaqdadır,”– deyə o əlavə edib.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri