Icma.az
close
up
RU
Xamenei Türkiyəni açıq şəkildə ittiham etmir, çünki... AÇIQLAMA

Xamenei Türkiyəni açıq şəkildə ittiham etmir, çünki... AÇIQLAMA

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İranın ali dini lideri Ayətullah Əli Xamenei Suriyada Əsədin devrilməsinə görə üç ölkəni günahlandırıb. Bu üç ölkədən ikisinin ABŞ və İsrail olduğunu desə də, üçüncüsünü sadəcə “Suriyaya qonşu olan ölkə” adlandırıb. İddialara görə, həmin ölkə Türkiyədir.

Maraqlıdır, elədirsə, Xamenei Türkiyəni niyə açıq mətnlə ittiham etmir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirib ki, Seyid Əli Xamenei ABŞ və İsraili birbaşa, Türkiyəni isə sətiraltı eyhamlarla ittiham etsə də, Tehran üzləşdiyi riskləri Ankara olmadan yoluna qoya bilmədiyini başa düşür. Onun sözlərinə görə, İran növbəti etapda geosiyasi tarazlığının pozulması fonunda daha heyrətamiz hadisələrlə qarşılaşa bilər:

“Tehran indi Türkiyəyə İranın itkilərini kompensasiya edəcək kənar faktor kimi baxmağa məhkumdur. Xameneinin Ankaranı birbaşa ittihamdan çəkinməsi də İranın Türkiyəyə sabit və müsbət keçidi təmin edən amil kimi baxması ilə əlaqəlidir. Çünki İran nəinki potensial olaraq Suriyadakı strateji mövcudluğunu itirir, həm də qonşu Livanda ağır silahlı bir proksi saxlamaq qabiliyyətindən məhrum olur”.

Politoloq qeyd edib ki, İran düşə biləcəyi növbəti xaos dalğasından qaçmaq üçün Türkiyə ilə Suriya ilə yanaşı, İraqda da dil tapa bilmək variantlarını axtarır:

“Çünki İran növbəti zərbəni İraqdan gözləyir. Digər tərəfdən, Tehran İraq və Yəməndə milisləri dəstəkləmək kimi uğursuz strategiyasını ən azından ikiqat azaltmağı hədəfləyə bilər ki, gələcək təhlükələrdən sığortalansın. İran bu baxımdan regional güc kimi Türkiyə ilə, qlobal faktor olan ABŞ-nin yeni prezidenti Donald Trampın administrasiyası ilə danışıqlar əsnasında yeni yanaşmaya açıq olduğuna işarə edir. Xameneinin Bəşər Əsədin süqutunu Suriyanın devrilmiş hökumət güclərinin üzərinə atması da Tehranın gələcək regional yanaşmalarda güzəştə hazırlıqlarının əlaməti kimi şərh oluna bilər. Bundan başqa, görünür ki, Xamenei Türkiyə vasitəsilə ABŞ-nin maraqlarının nəzərə alınması istiqamətinə də həvəslənir və Ankaraya İraqda yarana biləcək təhlükələrə qarşı əməkdaşlıq təklif edir. Ehtimal ki, İraqda İran proksi qüvvələrlə dar miqyaslı hücum kampaniyalarına dəstək üçün Türkiyənin də mövqeyini öyrənir”.

A.Kərimov bildirib ki, birinci cəbhə Cənubi Qafqaz regionudur, ehtimal ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə lideri Rərəb Tayyib Ərdoğanın telefon danışığı İrana Ankara ilə bu regionda əməkdaşlığı dərinləşdirmək çağırışlarını dərk etdirir. Siyasi şərhçi sonda vurğulaylb ki, İranın nüvə silahı əldə etmək potensialı regionda əks-səda verəcək növbəti həyəcan siqnalı yarada bilər:

“Çünki müqavimət oxu qırılan İranın danışıqlar nəticə verməsə, nüvə silahı əldə etməsinə dair müxtəlif informasiya əməliyyatlarına başlayacağı ehtimalı yüksəkdir. Bu, İranın xarici strategiyası ilə paralel daxili siyasət arenasındakı uğursuzluq hekayələrini ört-basdır etmək vasitəsinin bir hissəsi ola bilər”.

Firuzə Əliyeva

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri