Xameneinin adamı ilə bağlı inanılmaz iddia: qızı ora necə gedib? FOTO
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin baş müşaviri, Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı ilə bağlı yayılan məlumat dünya mediasında müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, Laricaninin qızı Fatimə Ərdəşir-Laricaninin hazırda ABŞ-da işlədiyinə dair iddialar yayılıb.
Məlumata görə, Laricaninin qızı olduğu güman edilən şəxs, ABŞ-da bir sağlamlıq şirkətində onkoloq olaraq çalışır. Şirkətin veb səhifəsində onunla bağlı məlumat dərc olunub.
Sosial şəbəkələrdə məsələ ilə bağlı kampaniya başladılıb və Fatimə Ərdəşir-Laricaninin deportasiyası tələb edilir.
Bir çox sosial şəbəkə istifadəçiləri ABŞ-ın İran vətəndaşlarına viza verməsinin çətinləşdirildiyini, hətta qeyri-mümkün hala çevirdiyini bildirirlər. Belə bir şəraitdə, xüsusilə atasının Vaşinqton hökumətinə ünvanlı sərt açıqlama və təhdidlər səsləndirməsi fonunda onun ABŞ-a necə getdiyi, işlədiyi bir sıra suallar doğurur.
Əliyar Xəlil
Globalinfo.az

