Icma.az
close
up
RU
Xameneinin oyun qaydası: Sövdələşmə, yoxsa müharibə?

Xameneinin oyun qaydası: Sövdələşmə, yoxsa müharibə?

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesablamalarına əsasən, İran uranı 60 faizə qədər saflıqda zənginləşdirib. İranın saflaşdırılmış uran ehtiyatını 2 dəfə artıraraq 408.6 kiloqrama çatdırdığı bildirilir. Hesablamalara əsasən, bu həcm daha da zənginləşdirilsə, İran nüvə silahı əldə edə bilər.

Bu hesabatların fonunda isə ABŞ ilə İran arasında nüvə danışıqları gedir. 2025-ci ilin aprel ayından bu yana ABŞ ilə İran arasında nüvə danışıqlarına dair 5 görüş baş tutub.

Siyasi təhlilçi Aqşin Kərimov Bakıvaxtı.az-a açıqlamasında ABŞ-İran danışıqlarının arxa fonu ilə əlaqədar fikirlərini bölüşüb.

Müsahibimiz qeyd edib ki, bütövlükdə ABŞ-İran danışıqlarının tonu və mahiyyəti münasibətlərin dərinləşməsinə və genişləndirilməsinə aydın hazırlığı əks etdirə bilər. A.Kərimov prosesləri eyni zamanda İranın daxili və xarici siyasət kodekslərindəki əlaqələr baxımından təhlil edib. O bildirib ki, əvvəlcə İranın Ali dini rəhbəri Seyid Əli Xamenei mümkün sövdələşmələrə qarşı çıxan bəyanat səsləndirdi. Prezident Məsud Pezeşkian isə həmin mövqeni təkrarladı:

“Lakin həmin anda Seyid Əli Xamenei ilə Məsud Pezeşkianın nə qədər səmimi olduğunu müəyyən etmək çətin idi. Ona görə ki, İran üçün sövdələşmə daha vacib amil ola bilər. İran buna regional müqavimət siyasətini yenidən formalaşdırmaq pəncərəsi kimi baxa bilər. Əvvlki illərin təcrübəsinə baxaq. ABŞ-nin Əfqanıstan və İraq müdaxilələri İrana sərf edirdi. Bu, İranın müqavimət oxunun təkmilləşməsinə, böyüməsinə və İranın nüvə proqramının genişlənməsinə münbit şərait yaratdı”.

Ekspertin fikrincə, bu il aprelin 12-də Omanın paytaxtı Məsqətdə ABŞ ilə İran arasında nüvə danışıqları keçirildikdən sonra, Xameneinin ritorikasının loyallığa doğru dəyişməsi xüsusi əhəmiyyət kəsb edir.

“Belə görünür ki, Xamenei ABŞ ilə İran arasındakı danışıqlara ümidlə baxır. O mənada ki, Xamenei danışıqlara ABŞ-dən öz hakimiyyətinin qorunmasına təminat kanalı kimi yanaşa bilər.
Ümumiyyətlə, tendensiyalar ABŞ ilə İran arasındakı Xameneinin təminatına dair sövdələşməyə gedəcəyi üzərində cərəyan edir. Hərçənd ki, Xamenei ABŞ-yə qarşı ideoloji ritorikanın flaqmanıdır. Bütün bunlara baxmayaraq, Xameneinin hələ də ciddi qorunması təkcə İranın daxili siyasi istibleşmentinin təhlükəsizlik qaydaları ilə əlaqəli deyil. Yəqin ki, Xamenei İsrail və ABŞ üçün sərfəli variantları inkişaf etdirən məqamlara xidmət edən bir siyasətçidir. Bununla belə, Xameneinin birbaşa məqsədinin nüvə silahı əldə etmək, yoxsa yeni bir nüvə razılaşmasına nail olmağa hazırlaşdığı bəlli deyil. Xameneinin yekun qərarı, böyük ehtimalla, öz təsir imkanlarına ən ciddi təhlükənin haradan gəldiyinə dair qiymətləndirmələrə əsaslanacaq”.

Aqşin Kərimov: Mümkündür ki, ABŞ İranın nüvə proqramının regional rıçaq yaradacaq səviyyədə olmasına hazırdır

Onun fikrincə, rəsmi informasiyaların təhlili İranla ABŞ-nin sövdələşmə əldə etməklə rəqabət aparmaq arasındakı tərəddüdlərin çoxaldığını deməyə əsas yaradır.

“Açıqlamalar “razılaşmaya yaxınlaşma” ehtimalları üzərində qurulub. Bundan əvvəl İrandan sızdırılan məlumatlara əsasən, ABŞ-İran nüvə müzakirələri “inanılmaz dərəcədə” irəliləyir. İran, danışıqları müsbət qiymətləndirərək, yəqin ki, ABŞ və ya İsrailin İranın nüvə proqramına qarşı zərbələrini gecikdirməyi hədəfləyir. Lakin o da mümkündür ki, ABŞ İranın nüvə proqramının tamamilə ləğvinə deyil, onun idarə olunacaq və regional rıçaq yaradacaq səviyyədə olmasına hazırdır”.

A.Kərimov əlavə edib ki, Rusiya ilə İran arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi tərəflərin (dinc məqsədlərlə) nüvə enerjisi sahəsindəki əməkdaşlığını da əhatə edir. Bununla belə, Rusiya İranın nüvə proqramının nüvə silahı həddinə qədər gəlməsində maraqlı deyil.

“Buna görə də Rusiya ABŞ-dən İrana qarşı təzyiqləri nüvə təhlükəsizliyi üzrə öhdəliklərin pozulması kontekstində deyil, iqtisadi mənzərədə qiymətləndirir. Rusiya İranın nüvə proqramını cilovlamaqda maraqlıdır. Rusiyanın İranı nüvə proqramına görə, Qərblə qarşıdurmaya getməməsi belə deməyə əsas verir. Ehtimal ki, ABŞ və İsraildən İrana qarşı nüvə təzyiqləri artacağı təqdirdə, Rusiya buna göz yumacaq. Çünki Rusiya İran faktoruna görə münasibətlərini normallaşdırdığı ABŞ-yə və yaxşı əlaqədə olduğu İsrailə qarşı mövqe sərgiləməkdən çəkinir. Martın 18-də Rusiya prezidenti Vladimir Putinlə Amerika prezidenti Donald Tramp arasında baş tutmuş telefon danışığında İran məsələsinin müzakirəsi də yuxarıdakı fikri təsdiq edir. Rusiya İran məsələsini ABŞ və İsrail önündə güzəşt sahəsi kimi təqdim edir. Hər iki liderin İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması fikrini bölüşməsi də Tehranın yaranmış vəziyyətdəki çətin geosiyasi durumunu izah edir”.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 İyun 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri