Icma.az
close
up
RU
Xanəndə toyları qınadı: Atan baban diskotekada oynayıb?

Xanəndə toyları qınadı: Atan baban diskotekada oynayıb?

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Vallah qadın olan məclis muğamat üçün deyil".

"Ölkə.az" xəbər verir ki, bu fikirləri Əməkdar incəsənət xadimi Aqil Məlikov APA-ya müsahibəsi zamanı deyib.

"Biz uşaq olanda toylara həvəslə gedirdik. Gözümüz birinci xanəndəni axtarırdı. Stol qoyub üstünə qırmızı salırdılar. Xanəndə otururdu. Onunla üzbəüz çalğıçı dəstəsi otururdu. İçkini aşkara verə bilmirdilər. Qocalar, hökmlü kişilər var idi. Açıb evdə qoyurdular. Gələnlərin arasında araq içəni tanıyırdılar. Keçirdi, vururdu, bir kasa da bozbaş yeyib gedirdi. Sonra gördülər danışan yoxdur. Arağı çıxardılar aşkara. O bizim toylarımızı tamam korladı.
Ətraflı
Ad - 00:09

Bu gün qadın toyunu, kişi toyunu bir edirlər. Vallah, qadın olan məclis muğamat üçün deyil. İndi şəhər toyları başlayır 6-dan 12-yə qədər. Arada diskoteka. Nədir o diskoteka? Atan-baban diskotekada oynayıb? Deyəndə də olursan pis. Deyirlər, zəmanə dəyişib. Kim deyir onu? Zəmanə heç dəyişib eləməyib. Kim nalayiq işlərə meyillidirsə, tez ad qoyur ki, zəmanə dəyişib.

Toy keçmişdə ədəb-əxlaq məktəbi olub. Biz bir millət kimi dəyərlərimizi saxlamalıyıq. Dayanmadan vaxt keçir, dünya dəyişir. Milləti, xalqı saxlayan onun milli-mənəvi dəyərləridir. Azərbaycan dünyada muğamı ilə tanınır. Amma indi toylara gedirsən, muğam yoxdur. Televiziyaların birində muğam rubrikası yoxdur. Hamısı yığışdırılıb. Bir dəyər əlimizdən gedəndə onu bərpa etməyə 100 il lazımdır. Dünyanı qələmlə fəth etmək olar. Qılıncla bugünkü günə qədər kim fəth edib? Çingiz xan, Stalin, Hitler... Makedoniyalı İsgəndər gedib Çinə qədər çıxmışdı. Nə oldu? Qılıncla fəth edə bilmədilər".

Həmçinin xanəndə bildirib ki, o, muğam müsabiqəsinin içində deyil:

"İstedadlı uşaqları seçiblər. Düşünürəm ki, belə olmasında istedadın rolu var. Söhbət ondan gedir ki, biz özümüz öz işimizi dəyərdən salırıq. Məsələn, ifaçı çıxır oxuyur. Gərək dinləyici də tələbkar ola. İfaçıya muğamı gərək dinləyici oxuda. O vaxtlar bisavad kişilər Füzulini, Nəsimini əzbər bilirdilər. Onların yanında ağız açıb oxumaq hər adamın işi deyildi. İndi o yoxdur. İndi ifaçı dinləyiciyə nə verirsə, onu qəbul edir. Dinləyici savadsız olub. Baxırsan, ali savadı var, akademikdir, toyda müğənniyə deyir, bir dənə "Bakılı balasıyam"ı oxu mənim üçün. Vəssalam. Bu onun səviyyəsidir. Ya da deyir "Ata muğamatı" oxu. Atanın muğamatı var? Bu dərəcədə savadsızlaşıblar. Zövqlər adiləşib, dinləyicidə də günah var. O vaxtlar dincəliyicilər tələbkar idilər. Ona görə ifaçılar da hara getdiklərini bilirdilər. İndi ifaçı haradan nə gəldi oxuyub gedir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 May 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri