Icma.az
close
up
RU
Xankədi məktəbinin məşhur məzunu

Xankədi məktəbinin məşhur məzunu

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəb 1945-ci ildən fəaliyyət göstərərək Azərbaycan təhsilinin inkişafına öz töhfələrini vermiş, Dağlıq Qarabağda azərbaycançılıq ideyalarının, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamışdır” kimi ifadələrlə yüksək dəyər verdiyi təhsil ocağı  həm də məzunları - yetişdirdiyi dövlət və elm xadimləri, müəllimləri, həkimləri, jurnalistləri, mühəndisləri və s. müxtəlif peşə sahibləri ilə də diqqət mərkəzində olub.

Belə məzunlardan biri mənalı ömrünü ölkəmizin enerji təminatının dayanıqlığı və müasir inkişafına həsr edərək, həyatının 70-ci baharına qədəm qoyan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Ziyəddin  Quliyevdir.

Ziyəddin Quliyev 1956-cı il fevralın 23-də keçmiş Xankəndi rayonunun Kosalar kəndində anadan olub.

Atasının - kəndin ağsaqqallarından olan Misir kişinin tərbiyəsi ilə böyüyən Ziyəddin Quliyev doğma kəndində səkkizillik təhsil aldıqdan sonra Xankəndidə N.Gəncəvi adına   şəhər 4 nömrəli orta məktəbdə təhsilini davam etdirib və 1974-cü ildə oranı bitirib.

Ziyəddin Quliyev 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə qəbul olunub. Orta məktəbdə olduğu kimi, Ziyədin Quliyev tələbəlik illərində də yüksək təşkilatçılıq keyfiyyətlərinə malik fəal ictimaiyyətçi  kimi tanınıb. Hələ gənclik illərindən bütün varlığı ilə Vətəninə bağlı olan Ziyəddin Quliyev  mənəvi dəyərləri, xeyirxahlığı ilə sevilib.

Hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı həyatının əsas amalı hesab edən Ziyəddin Quliyev xarakterindəki liderlik  keyfiyyətləri - təmkinli, qərarlı, analitik düşüncəli bir gənc olması nəzərə alınaraq ona böyük bir fakültənin tələbə sovetinin sədri kimi ictimai vəzifə həvalə olunub. Ziyəddin Quliyev  özü tələbə ola-ola tələbələrin təhsil və məişət problemlərinin həllinə qayğısı ilə hələ gənclik illərindən qəlblərdə taxt qurub. Beləcə, Qurani-Kərimin buyurduğu “...Yaxşı işlər görməkdə bir-birinizlə yarışın...” hökmünü bir an belə untmayan Ziyəddin Quliyev üçün xeyirxahlıq, insanlara mərhəmət göstərmək bütün ömrü boyu həyat kredosu olub.  


Ziyəddin Quliyev hələ gənclik illərindən ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra ölkəmizin enerji sistemini kənar mənbələrdən asılı vəziyyətdən çıxarmasını və Azərbaycanda enerji müstəqilliyinin və təhlükəsizliyinin bünövrəsini qoymasını, həmçinin elektrik enerjisi sisteminin maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata  keçirməsini  qürur hissi ilə izləyir, bu sahəyə öz töhfələrini vermək, canından əziz bildiyi Azərbaycana nur ələmək  arzusuyla yaşayırdı. 

Ziyəddin Quliyev institutu bitirdikdən sonra Xankəndi şəhər Elektrik Şəbəkəsinə təyinat alıb. Əvvəlcə Şuşada elektrik montyoru, sonra  mühəndis vəzifəsinə təyin edilib, bir neçə ildən sonra isə  Şuşa şəbəkəsinin rəisi olub.

Birinci Qarabağ savaşı başlayanda ermənilər nə yolla olursa olsun Şuşanı ələ keçirmək, azərbaycanlıları bu qədim tarixi şəhərimizdən qovmaq üçün ən ağır cinayətləri törədirdilər. Şəhər hər gün raket, top atəşinə məruz qalırdı. Belə bir vaxtda Qarabağın vətənpərvər övladı Ziyəddin Quliyev təkcə öz vəzifəsini icra etməklə kifayətlənməyərək, silaha sarılıb, könüllü olaraq döyüşlərdə iştirak edir, ağır döyüş texnikalarından istifadə olunmasında hərbçilərə yaxından köməklik göstərirdi. 

Şuşanın işğalından sonra bir müddət Ağcabədi rayonunda çalışan Ziyəddin Quliyevin işgüzarlığı, təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq o, 2002-ci ildə  “Bayva-Cənub” Açıq Səhmdar Cəmiyyətinin Şirvan regionuna direktor təyin edilib. 2004-cü ildən 2007-ci ilədək isə  bu cəmiyyətin texniki direktoru və meneceri vəzifəsində çalışıb. “Bayva-Cənub” ASC ləğv olunduqdan sonra o, “Azərenerji” ASC-də fəaliyyətini davam etdirib. “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində Yüksək Gərginlikli Şəbəkələr üzrə baş mühəndisin müavini, “Azərişıq” ASC-nin Texniki Departamentinin direktoru və s. vəzifələrdə çalışıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Ziyəddin Quliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti təyin edilib.  

Ziyəddin Quliyev ona etibar edilən bütün vəzifələrdə özünü doğruldub. Ölkəmizin energetika sahəsində böyük nüfuza malik bir rəhbər kimi o, Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsi, yaşıl enerji layihələrinin genişləndirilməsi və bərpa olunan enerji mənbələrinin istifadəsinə yönəlmiş dövlət strategiyasının həyata keçirilməsi, yeni elektrik stansiyalarının tikintisi və istismara verilməsi, mövcud enerji infrastrukturunun   yenilənməsi, səbəkə dayanıqlığının artırılması üçün innovativ idarəetmə sistemlərinin tətbiqi, bərpa olunan enerji mənbələrinin - külək, günəş və su elektrik stansiyalarının inkişaf etdirilməsi, regionların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün şəbəkələrin gücləndirilməsi istiqamətində görülən işlərdə aparıcı mütəxəssis kimi təqdirəlayiq xidmətlər göstərib.   

Ziyəddin Quliyev bu gün zəngin təcrübəsi, peşəkar fəaliyyəti ilə Azərbaycan enerji sektorunun aparıcı simalarından biri kimi tanınır. O,   yüksək təşkilatçılıq bacarıqları və strateji baxışları ilə seçilən bir rəhbər olaraq, ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında və enerji infrastrukturunun inkişafına mühüm töhfələr verib və verməkdədir.

Onilliklər boyu məsul vəzifələr daşıyarkən Ziyəddin Quliyev bacarıqlı, zəngin təcrübəli, bir sıra yüksək insani keyfiyyətləri şəxsiyyətində ehtiva edən qayğıkeş bir rəhbər işçi kimi özünü cəmiyyətə təqdim edib.  Ziyəddin Quliyev   insanlara qarşı dərin hörmət və qayğı ilə seçilib. O, hər bir əməkdaşın fikrini dinləyir, gənc mütəxəssislərə dəstək verir, kollektivin həm texniki, həm mənəvi inkişafına töhfə verir. Onun rəhbərliyi altında formalaşan nəsil artıq peşəkarlıqla yanaşı, dövlətə sədaqət ruhu ilə yetişir.

Ziyəddin Quliyev həm də insan resurslarının inkişafına böyük diqqət yetirən bir rəhbərdir. O, gənc mühəndislərin yetişdirilməsi və onların bilik və bacarıqlarının artırılması üçün bir sıra təlim və inkişaf proqramlarının həyata keçirilməsinə dəstək verir. Ziyəddin Quliyevin təşəbbüsləri sayəsində, "Azərenerji" gələcək nəsil mühəndislərin inkişafı üçün ideal bir mərkəzə çevrilir. 

 Yüksək texniki biliyi və təhsili olan, iqtisadi, siyasi və təcrübi keyfiyyətləri ilə tanınan Ziyəddin Quliyev üçün enerji kimi strateji sahədə çalışmaq   sadəcə peşə borcu deyil, milli məsuliyyət və vətən qarşısında vicdan öhdəliyidir. Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə  2011-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş Ziyəddin Quliyev  bu gün   ətrafında və tabeliyində olanlara qarşı çox qayğıkeş, həssas və diqqətli bir insan olmaqla   böyük bir kollektivin sevimlisidir.

Ziyəddin Quliyev  “Azərenerji” ASC-nin vitse-prezidenti,  qurucu şəxs, ölkənin enerji sektorunda tətbiq olunan innovativ həllərin təşəbbüskarınından biri olaraq bu gün işğaldan azad edilən ərazilərin enerji ilə təchiz olunması istiqamətində görülən işlərə böyük töhfələr verməkdədir. O, ölkənin işqaldan azad olunmuş ərazilərində elektroenergetika sisteminin fəaliyyətinin təmin olunması, elektrik enerjisinin istehsalı və ötürülməsi, yeni texnologiyalar tətbiq edərək  generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulması kimi  ölkə əhəmiyyətli işlərdə yaxından iştirak edərək,   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin reallaşmasına bütün qüvvəsini, bilik və bacarağını səfərbər edərək təqdirəlayiq əmək sərf edir.

 Hikmət Xudiyev (CƏMİLZADƏ),
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see317

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see243

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see184

Əsl niyyətləri dünyanın cənubuna... İrandan ABŞ açıqlaması

15 May 2026 02:05see183

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see174

Bibərin yanında bu bitkiləri əkməyin

15 May 2026 03:04see170

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see169

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see169

Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi SİYAHI

15 May 2026 04:54see164

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see156

Bütün Eurovision 2026 finalçıları açıqlandı: Azərbaycan yenə finalçılar sırasına düşə bilmədi

15 May 2026 07:57see155

ABŞ və Çin texnologiya sahəsində bir birini gizli izləyir

15 May 2026 08:14see155

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see153

Bakı Xocalı Xankəndi Şuşa avtobus reysinin ilk sərnişinləri yol salınıb

16 May 2026 02:12see149

“Çinin sərt kredit siyasəti bir sıra ölkələri iqtisadi asılılıq vəziyyətinə salıb” Politoloq

15 May 2026 18:35see147

Milan və Beşiktaş bu futbolçuya elçi düşüb ...

15 May 2026 02:21see144

“Liverpul” yenə uduzdu

16 May 2026 01:42see143

Azərbaycan Premyer Liqası: “Karvan Yevlax” “Qəbələ” ilə üz üzə

15 May 2026 09:24see141

Rusiya Çin tərəfindən iqtisadi cəhətdən mənimsənilməkdən qaça bilməz...

15 May 2026 19:23see140

Bu əsasda daha çox gəminin keçidinə icazə veririk SEPAH

16 May 2026 01:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri