Xankəndi klubunun futbolçusu Azərbaycan millisinə cəlb olunub
Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.
Avropa çempionatının I seçmə mərhələsinin oyunlarına hazırlaşan Azərbaycanın çimərlik futbolu millisinin heyətinə yeni futbolçu cəlb olunub.
Bu barədə yığmanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.
"Region Liqasında mübarizə aparan "Xankəndi" klubundan gənc Coşqun Qorçiyevi dəvət etmişik. Ötənilki heyətin 95 faizi qalır. Üzərində çalışırıq, yeni futbolçular axtarışındayıq. Məqsədimiz milliyə gənc futbolçular dəvət etməkdir. Heyəti gəncləşdirmək istəyirik. Lakin hər kəs çimərlik futbolu oynaya bilmir deyə, yeni futbolçular axtarmağa davam edirik", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, milli Avropa çempionatının I seçmə mərhələsinin A qrupunda Litva, İngiltərə və Belçika ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində keçiriləcək.


