Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi: Böyük fəxarət hissi keçirirəm AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 14 yanvar, AZƏRTAC
“Xankəndi Şəhər Prokurorluğunda ilk qadın müstəntiq olaraq təyinatım mənim üçün böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi bir an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi Şəhər Prokurorluğuna müstəntiq təyin olunan Nəzrin Rəcəbova söyləyib.
“Təyinatım obyektiv və şəffaf şəkildə keçirilmiş müsabiqə nəticəsində gerçəkləşib. Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq”, – deyə N.Rəcəbova qeyd edib.
Qeyd edək ki, N.Rəcəbova Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 14 Yanvar 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















