Xankəndi Şəhər Prokurorluğunun qadın müstəntiqi: Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Xankəndi Şəhər Prokurorluğunda ilk qadın müstəntiq olaraq təyinatım mənim üçün böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi bir an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm".
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi Şəhər Prokurorluğuna müstəntiq təyin olunan Nəzrin Rəcəbova söyləyib.
"Təyinatım obyektiv və şəffaf şəkildə keçirilmiş müsabiqə nəticəsində gerçəkləşib. Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq", - deyə N.Rəcəbova vurğulayıb.
Qeyd edək ki, N.Rəcəbova Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Xatırladaq ki, ötən il 19 xanım əməkdaş prokurorluq orqanlarında işə qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 14 Yanvar 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















