Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ildə şəhər və rayonlardan 62-si xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcək.
APA-nın xəbərinə görə, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Bunların sırasında Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları da yer alıb.
Yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımının (dotasiyanın) ayrılması nəzərdə tutulan 5 rayon üzrə 5,3 mln. manat vəsait proqnozlaşdırılıb.




Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
18 Noyabr 2024 11:05
Xankəndi, Ağdərə, Laçın və Zəngilan büdcədən dotasiya almayacaq
18 Noyabr 2024 11:19
Xankəndi, Ağdərə və Xocalıda buraxılış imtahanları FOTOLAR
02 Mart 2025 12:34
Xankəndi və Ağdərə üzrə 13 layihə təqdim olunub
10 Dekabr 2024 13:05

