Icma.az
close
up
RU
Xankəndi Zirvəsi: Azərbaycan dialoq və əməkdaşlıq mərkəzi kimi

Xankəndi Zirvəsi: Azərbaycan dialoq və əməkdaşlıq mərkəzi kimi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü ilk dəfə olaraq Qarabağda – uzun illər Ermənistanın işğalı altında qalan, lakin Azərbaycanın möhtəşəm Zəfəri ilə azad olunan Xankəndidə təşkil edildi. Prezident İlham Əliyevin bu mühüm tədbirdəki çıxışı həm dövlətimizin qətiyyətli mövqeyi, həm də regional əməkdaşlıqda yeni mərhələyə keçidi ifadə edir.

Zirvə görüşünün Xankəndidə təşkili Azərbaycanın beynəlxalq hüquq və tarixi ədalət əsasında bərpa etdiyi suverenliyininin sarsılmazlığını əks etdirir. 2006 və 2012-ci illərdə Bakıda keçirilmiş ECO zirvələrinin ardından bu dəfə tədbirin Xankəndidə reallaşması işğaldan azad olunmuş torpaqların yenidənqurma mərhələsində uğurla beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini sübut edir.
Dövlətimizin başçısı çıxışında 30 illik işğalın nəticələrinə xüsusi diqqət yetirib. Ermənistanın ölkəmizin təxminən 20 faizini işğal altında saxlaması, bir milyondan artıq soydaşımızın etnik təmizləməyə məruz qalaraq doğma yurdlarından didərgin düşməsi və tarixi-dini abidələrin dağıdılması beynəlxalq miqyasda insan hüquqları və mədəni irs kontekstində çox mühüm məsələ kimi təqdim olunub. Ermənistanın yerlə-yeksan etdiyi şəhər və kəndlərdəki 67 məsciddən 65-i dağıdılıb, qəbiristanlıqlar isə talan edilib. Azərbaycan tərəfindən yaradılmış müvafiq komissiyanın hesablamalarına görə, Ermənistanın törətdiyi ziyan 150 milyard ABŞ dolları civarındadır.
Həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda azad olunmuş ərazilərdə 50 mindən çox insan yaşayır və bu göstərici artmaqda davam edir. Azərbaycanın inşa etdiyi yeni şəhərlər və digər infrastruktur elementləri ölkənin qüdrətinin əyani sübutudur.
Dövlətimizin başçısı Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsini və onların sülh yolu ilə qayıdışının təmin olunmasının da zəruriliyini vurğulayıb. Ötən ay İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasında bu məsələyə dair qəbul olunan qətnamə 57 ölkənin yekdil dəstəyi ilə dövlətimizin mövqeyinin bir daha beynəlxalq arenada tanındığını göstərir. “İstanbul Bəyannaməsi”ndə Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan imtinası qınanılıb və bu faktor ölkəmizin növbəti diplomatik qələbəsi kimi dəyərləndirilir.
Azərbaycanın ECO ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Həmçinin dövlətimizin təşəbbüsü ilə bu il ilk dəfə keçirilən ECO Həftəsi çərçivəsində Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilib. Həmçinin ECO-nun ölkəmizdə yerləşəcək Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır. Bu amillər Azərbaycanın təşkilat çərçivəsində rolunun daha da artmasına xidmət edir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın iqlim sahəsində qlobal təşəbbüslərini də xatırladıb. İlk dəfə olaraq ECO məkanında keçirilmiş COP29 konfransında əldə olunan nəticələr - inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 300 milyard dollara çatdırılması, İtki və Zərər Fondunun aktivləşdirilməsi və karbon bazarları sahəsində razılaşmalar dövlətimizin qlobal iqlim siyasətində aparıcı rolunu nümayiş etdirir.
Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dolları investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Bu, dövlətimizin sabit və cəlbedici iqtisadi mühitə sahib olduğunu göstərir. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu göstərici ilə enerji təhlükəsizliyi sahəsində mühüm aktorlardan birinə çevrilib. Əsas beynəlxalq nəqliyyat dəhlizləri olan Şərq-Qərb və Şimal-Cənub xətlərinin məhz bu ərazidən keçməsi ölkəmizin regionda mühüm logistika mərkəzinə çevrildiyini göstərir.
Beləliklə, Prezident İlham Əliyevin Xankəndidə səsləndirdiyi fikirlər həm dövlətimizin siyasi və iqtisadi nailiyyətlərinin təqdimatı, həm də regiona sülh, inkişaf və əməkdaşlıq mesajı idi. Azərbaycan postmüharibə dövründə də regionda uzunmüddətli sabitlik, davamlı inkişaf və inklüziv beynəlxalq əməkdaşlığın təmin olunmasına çalışdığını göstərir. Bu Zirvə görüşü bir daha sübut etdi ki, azad edilmiş ərazilərimiz artıq beynəlxalq əməkdaşlıq üçün strateji bir məkana çevrilməkdədir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyul 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri