Icma.az
close
up
RU
Xankəndi Zirvəsi məqsədlərə təkan verəcək

Xankəndi Zirvəsi məqsədlərə təkan verəcək

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı olan bu hökumətlərarası təşkilat (İƏT) 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdır.
1992-ci il noyabr ayının 28-də daha 7 ölkə-Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan da bu təşkilata daxil olmaqla İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən 28 noyabr tarixi qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.
Ölkəmiz hər zaman İƏT-in fəaliyyətinə böyük önəm verir. Belə ki, təşkilatın uğurlu fəaliyyəti ona üzv olan bütün ölkələr üçün maraqlıdır. Çünki bu təşkilata üzv dövlətləri həm ortaq tarixi, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Azərbaycan İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə həmişə təklif və təşəbbüslərlə çıxış etmişdir. Təsadüfi deyil ki, ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbə əldə edən Azərbaycan artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda nüfuzlu beynəlxalq təşkilatların tədbirlərini keçirir. 2025-ci il iyul ayının 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Xankəndidə yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi isə işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsinin bariz nümunəsidir.
Azərbaycanın bu mühüm beynəlxalq tədbirə Xankəndidə ev sahibliyi etməsi xüsusi rəmzi əhəmiyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi edir və bu dəfəki görüşün Xankəndidə – işğaldan azad olunmuş ərazidə keçirilməsi tarixi hadisədir. Bu, təkcə diplomatik deyil, həm də siyasi və mənəvi baxımdan mühüm bir siqnaldır: Azərbaycan işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq və inkişaf mühitini bərpa edib və bu ərazilər artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Prezident İlham Əliyev çıxışında Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxladığını, bu müddət ərzində törədilmiş etnik təmizləmə, məscidlərin və qəbiristanlıqların dağıdılması, mədəni irsə qarşı vandalizm faktlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla, bu işğalın ölkəmizə 150 milyard dollardan artıq zərər verdiyini və ərazilərə basdırılmış minaların partlaması səbəbindən 400-dən artıq vətəndaşımızın həlak olmasını və yaxud yaralanmasını bir daha qeyd etdi.
Məlumdur ki, bütün bu çətinliklərə baxmayaraq, Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur, azad olunmuş ərazilərdə yeni şəhərlər və kəndlər salınır. Artıq 50 mindən çox vətəndaşımız öz doğma torpaqlarına qayıdıb oralarda yaşayır, işləyir və təhsil alırlar. 
Tədbirdə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqları da xüsusi vurğulandı. Ermənistanın bu məsələdə dialoqun hər cür formasından imtina etməsi tənqid edildi, lakin İslam Əməkdaşlıq Təşkilatının bu məsələdə Azərbaycanı dəstəkləməsi və beynəlxalq səviyyədə qəbul olunmuş qətnamələr ümidverici addımlar kimi qiymətləndirildi.
Azərbaycanın ECO çərçivəsində gördüyü işlər–COP29 konfransına ev sahibliyi, Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumunun təşkili və Şuşanın 2026-cı il üçün ECO-nun Turizm Paytaxtı elan olunması-Azərbaycanın təşkilat daxilində yer alan nüfuz və fəallıq göstəricisidir. Bununla yanaşı, Azərbaycanda yaradılacaq ECO Tədqiqat və Təmiz Enerji Mərkəzləri gələcək əməkdaşlıq üçün yeni platformalar da vəd edir.
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxış edən dost və qardaş ölkələrin prezidentləri də Xankəndidə-qədim Qarabağ torpağında görüşməkdən məmnun qaldıqlarını və bu bölgənin sülh və inkişaf məkanına çevrilməsindən razılıqlarını bildirdilər. Eyni zamanda qeyd edildi ki, Xankəndi Zirvə görüşü qarşıya qoyulan məqsədlərə, planlara nail olmaq işinə təkan verəcək, çoxtərəfli və praktiki əməkdaşlığı yeni səviyyəyə qaldıracaq, həmçinin, münasibətlərin hərtərəfli inkişafına töhfə verəcəkdir.
İƏT-in 17-ci Zirvə görüşünün sonunda Xankəndi Kommunikesi qəbul edilib. Sənəddə bir sıra məsələlər: işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib, Ermənistandan qovulmuş soydaşlarımızın öz ata-baba torpaqlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib və digər vacib məqamlar öz əksini tapıb.

Rövşən Muradov
Milli Məclisin deputatı

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyul 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri